Tələbələrin şirkətdə təcrübə keçmələri üçün əməkdaşlıq edəcəklər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “BCC Group” şirkətinin baş direktoru Vüqar Rzayevlə görüşüb.
Görüşdə ADNSU ilə “BCC Group” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
ADNSU-dan bildiriblər ki, M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə həyata keçirilən islahatlar və əldə olunan uğurlardan danışıb. Tələbələrin müəssisələrdə təcrübə keçməsinin bu gün prioritet məsələlərdən olduğunu diqqətə çatdıran rektor universitetdə yaradılan ağıllı lövhələr, multivizorlar, lazer başlıqları və xüsusi boyalar haqqında məlumat verib, bu cür innovativ yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayıb.
V.Rzayev ADNSU ilə əməkdaşlığa yüksək önəm verdiyini və tələbələrin təcrübə keçmələri üçün şirkət tərəfindən hər cür şəraitin yaradılacağını bildirib.
Qeyd edək ki, “BCC Group” şirkəti tikinti xidmətlərini həyata keçirən podratçı şirkət kimi 1997-ci ildə Azərbaycanda təsis edilib. Hazırda bu qurum ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən bir sıra şirkətləri özündə birləşdirir. “BCC Group” şirkəti öz müştərilərinə geniş çeşidli xidmətlər, o cümlədən neft-qaz sənayesində həyata keçirilən mülki və sənaye tikinti layihələri üzrə texniki xidmət, eləcə də metal konstruksiyaların hazırlanması, modul tipli binaların tikintisi və quraşdırılmasını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 18 d. əvvəl
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib















.jpg)








