Keçmiş müavini Hacıyevi məhkəmədə ittiham edib - "Cargill əməliyyatları"
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Hacıyevin dövründə onun birinci müavini olmuş Emin Mustafayev ifadə verib.
O, qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə C.Hacıyevi ittiham edib. Bildirib ki, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edib: "Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı, lakin buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin. Bu gün məhkəmədə araşdırma aparılan şirkətlərə kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. O söyləyirdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın".
E.Mustafayev "Cargill əməliyyatları" barədə də danışıb. Qeyd edib ki, "Cargill" Amerika şirkətidir, bir sıra başqa sahələrlə yanaşı, maliyyə kreditləşməsilə də məşğul olur: "Risklər var idi. Biz bu riskləri deyəndə Cahangir Hacıyev irad bildirirdi ki, bunu qadağan edən norma yoxdur. Vəsaitlər də xaricə gedir, qayıtmırdı. Cahangir Hacıyevə problemi deyəndə Dünyamin Xəlilovla danışmağımızı söyləyirdi. O da deyirdi ki, Bakıda tikinti layihələri var, başa çatsın, ödəyəcək".
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alğı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 15 d. əvvəl
-
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub














.jpg)




