SOCAR-da yeni təyinatlar olub
SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub.
Şirkətdən verilən məlumata görə, Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə “Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-nin müdiri vəzifəsinə isə SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.
Bundan başqa, “Azneft” İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-nin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-yə Fəxri Haqverdiyev, “Bibiheybətneft” NQÇİ-yə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıb. “Azneft” İB-in Baş mühəndisi – Baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.
Qeyd edək ki, “Azneft” İB-in “Siyəzənneft” NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə Baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə “Bibiheybətneft” NQÇİ-nin rəisi, “Bibiheybətneft” NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni Baş mühəndisi – Baş Direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıblar. Eyni zamanda, İB-in keçmiş Baş mühəndisi – Baş Direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsinə çalışır. Qeyd edək ki, “Azneft” İB-in N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







