Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ DAHA DA UCUZLAŞDI
Türkiyə Mərkəzi Bankı (TCMB) Aprel ayı iclasının qərarını açıqladı.
"Marja" xəbər verir ki, Bankın İdarə Heyəti gözələnildiyi kimi faiz dərəcəsini dəyişmədi və 24 faiz səviyyəsində saxladı.
"Bloomberg"in sorğusuna qatılan 20 mütəxəssisin 1-i istisna olmaqla qalanları pul siyasəti faizinin sabit saxlayacağını gözləyirdi.
İqtisadçılar, inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığın qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirdilər.
LİRƏ UCUZLAŞDI
Mərkəzi Bankın qərarından sonra Dollar/Türk Lirəsi məzənnəsi 1,8% artımla 5.9801 səviyyəsini görüb (Lirə ucuzlaşıb, Dollar bahalaşıb).
Mərkəzi Bankın açıqlamasında, sərt pul siyasətinin inflyasiyada əhəmiyyətli yaxşılaşma təmin olunana qədər davam edəcəyi qeyd olunub, ancaq "ehtiyac halında əlavə sərt tədbir görüləcək" ifadəsi mətndən çıxarılıb. Bu ifadənin mətndən çıxarılması Türk Lirəsinin ucuzlaşmasına səbəb olub. Bu, Mərkəzi Bankın bu il faiz endirə biləcəyinə işarədir.
Açıqlamada bu ifadələrə yer verilib;
"Son dövrdə açıqlanan rəqəmlər iqtisadiyyatdakı sabitləşmə tendensiyanın davam etdiyini göstərir. Xarici tələb nisbətən gücünü qoruyur, maliyyə şəraitlərinin sərt olmasının (faizlərin yüksək olmasının) da təsirilə iqtisadi fəaliyyət ləng səviyyədə qalmaqdadır. Cari balansda yaxşılaşma tendensiyasının davam etməsi gözlənilir.
Daxili tələbata bağlı olaraq inflyasiya göstəricilərində bir miqdar yaxşılaşma müşahidə olunur. Bununla yanaşı, ərzaq qiymətləri və idxal xərclərindəki artımlar inflyasiya üçün risklərin davam etdiyini göstərir. Bu çərçivədə İdarə heyəti, inflyasiyada açıq bir yaxşılaşma təmin olunana qədər (inflyasiya azalana qədər) sərt siyasətin qorunmasına qərar vermişdir.
Mərkəzi Bank qiymət sabitliyi olan əsas məqsədi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir".
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Reyting" 2019-da Türkiyə Mərkəzi Bankının faizi 400 bənd endirəcəyini gözləyir. Ancaq quruma görə, TL-nin daha çox zəifləməsi və daha sərt xarici maliyyələşmə şərtləri Bankın faiz endirməyi təxirə salmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 24 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb















.jpg)







