Sabahkı valyuta hərracında dolların məzənnəsi düşə bilər
Sabah, martın 7-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi növbəti valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsi bir qədər geriləyə bilər.
AMB-nin son bir həftədə keçirdiyi depozit hərraclarında, not və Maliyyə Nazirliyinin istiqraz yerləşdirilməsi üzrə hərraclarda xeyli manat vəsaiti sterlizasiya olunub (dövriyyədən çıxardılıb). Nəticədə, bank sistemində manat qıtlığı yaranıb və bu, özünü bu gün nağd valyuta bazarında göstərib. Bankların bəziləri dolları limitlə almağa başlayıb.
Banklarda yaranan manat qıtlığı səbəbindən sabahkı valyuta hərracına çıxarılması ehtimal edilən 35 mln. dolların hamısına tələbin olmayacağı, nəticədə, dolların məzənnəsinin düşəcəyiproqnozlaşdırılır.
Həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmasından sonra dünya valyuta bazarında dolların ucuzlaşacağı, bunun da manatın möhkəmlənməyə davam etməsinə kömək göstərəcəyi ehtimal edilir. Lakin, bütün bu sadalananlara baxmayaraq, manatda kəskin dalğalanmalar gözlənilmir. Rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə yaxın qalacaq, dollardakı ucuzlaşma isə 0,01 manatı ötməyəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























