"Vəziyyət uçuruma doğru gedir, şirkətlər pis vəziyyətə salınıb"
“Marcom” Marketinq və Kommunikasiya şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev bu ilin yanvar ayında istifadəyə verdikləri Marketinq Audit xidmətinin 3 aylıq nəticələrini açıqlayıb.
“Bu xidmət növünü yaratmaqda məqsəd bazarın sağlamlaşdırılmasına təkan vermək idi. Biz son zamanlar bazarda fəaliyyəti tənzimlənməyən bir çox agentliklərin və frilans olaraq çalışan fiziki şəxslərin şirkətlərə vurduqları maddi və mənəvi zərəri diqqətə alaraq belə bir marketinq aləti yaratmağı qərara aldıq. Təbii ki, bu marketinq aləti bu istiqamətdə fəaliyyət göstərən bir çox agentlik və frilanslar tərəfindən müsbət addım kimi qarşılanmadı. Xidmətin məqsədini tam anlamayan bəzi bazar iştirakçıları məsələyə müxtəlif don geyindirməyə çalışdılar. Lakin onlar anlamalıdırlar ki, biz hamımız bu bazarı qorumasaq, növbəti illərdə inkişaf etmək istəyən kiçik və orta şirkətlərin yerli marketinq və kommunikasiya şirkətlərinə olan etibarı azalacaq”,- Ceyhun Fərzəliyev "Marja"ya bildirib.
Şirkətin icraçı direktoru şirkətlərin üzləşdiyi çətinliklərə toxunaraq qeyd edib ki, “hazırda vəziyyət uçuruma doğru gedir. Xidmət istifadəyə verildiyi gündən 3 ay ərzində 20-dən çox şirkət bu xidmətlə bağlı müraciət edib. Müraciətlər əsasən veb sayt, SEO optimizasiya, rəqəmsal marketinq xidmətləri üzrə olmuşdur. Məxfilik müqaviləsi əsasında tərəfimizdən aparılan marketinq auditin nəticələrinə baxdıqda şirkətləri həm maddi, həm də imic baxımından çox pis vəziyyətə salındığının şahidi oluruq. Burada əsas problem sifarişçi və icraçı tərəfin görülən iş haqqında kifayət qədər məlumatlı olmaması, o cümlədən, bir çox şirkətlərin marketinq büdcəsinin limitli olması səbəbindən “ucuz və keyfiyyətli” şüarı fəaliyyət göstərən şirkətlərə müraciət etməsidir. Bu istiqamətdə fəaliyyət göstərən agentliklər və frilanslar məsələnin maddi tərəfinə fokuslandığı kimi işin keyfiyyətinə və imicinə də fokus olmalıdır. Əks halda reanimasiyaya düşən şirkətləri, yenidən palataya köçürmək çətin olacaq”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” şüarı altında fəaliyyət göstərən "Marcom" Marketinq və Kommunikasiya şirkəti aprel ayı ərzində bazar iştirakçılarının maarifləndirilməsi istiqamətində daha bir xidməti istifadəyə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






