“Xalq Sığorta”nın xalis mənfəəti artıb
“Xalq Sığorta”nın topladığı sığorta haqları 2 dəfəyə yaxın artıb, cəmi xərcləri isə azalıb.
“Xalq Sığorta” ASC 2018-ci ili 2 milyon 250 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 49,3% artıb.
"Xalq Sığorta" 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
CƏMİ GƏLİRLƏRİ ARTIB, CƏMİ XƏRCLƏRİ İSƏ AZALIB
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Xalq Sığorta”nın cəmi gəlirləri 13 milyon 98 min manat, cəmi xərcləri 10 milyon 276 min manat təşkil edib. Şirkəti 2 milyon 822 min manat maliyyə mənfəətindən 572 min manat mənfəət vergisi ödəyib.
2017-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 12 milyon 201 min manat, cəmi xərcləri 10 milyon 317 min manat təşkil etmişdi. Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ildə Şirkətin cəmi gəlirləri 897 min manat və ya 7,3% artıb, cəmi xərcləri isə 41 min manat və ya 0,4% azalıb.
YIĞIMLARI KƏSKİN ARTIB
2017-ci ildə 7 milyon 786 min manat sığorta haqları toplamağa nail olmuş “Xalq Sığorta”, 2018-ci ildə 14 milyon 491 min manat sığorta haqları yığıb (sığorta haqları 1,9 dəfə artıb). Sığorta haqlarının kəskin artması ilə bərabər şirkətin ehtiyatlara ayırmaları da artıb. Nəticədə, cəmi gəlirlər aşağı düşüb.
Şirkətin sığorta ödənişləri isə 2017-ci ildəki 3 milyon 987 min manatdan 2018-də 3 milyon 811 min manata geriləyib.
ŞİRKƏT BÖYÜYÜB
"Xalq Sığorta"nın cəmi aktivləri ötən ilin əvvəlindəki 52 milyon 915 min manatdan ilin sonunda 58 milyon 951 min manata yüksəlib.
“Xalq Sığorta” ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






