"Bankı VTB Azərbaycan" yeni məhsulunu təqdim edəcək - MÜSAHİBƏ
Bankı VTB (Azərbaycan)- ın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov ilə müsahibə
Stabil inkişaf üçün sahibkarların daim etibarlı maliyyə dəstəyinə ehtiyacı var. Bu səbəbdən elə biznesin uğuru da tərəfdaş-bankın düzgün seçimindən asılıdır. Bu sahədə tələbatı yüksək olan bank məhsulları və VTB (Azərbaycan)-ın üstünlüklərindən bankın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov danışıb.
- Bank VTB korporativ müştərilərinə hansı xidmətləri təqdim edir?
-Korporativ biznesin inkişafı ənənəvi olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biridir.
Biz müştərilərimizə geniş çeşidli xidmətlər təklif edir və onlarla möhkəm tərəfdaşlıq əlaqələri qururuq. Bu gün VTB (Azərbaycan) iş adamlarına həm qısamüddətli kreditlər, kredit xəttləri və overdraftlar, həm də yeddi il müddətinə biznes kreditləri təklif edir. Xidmətlər arasında akkreditiv və bank zəmanətləri məhsulları kifayət qədər populyardır. Bunlar sahibkarlara ənənəvi kreditləşmə alətlərindən istifadə etmədən iri sövdələşmələrdə iştirak etməyə imkan verir.
2018-ci ildə verilmiş bank zəmanətlərinin sayı 2, həcmi isə 8 dəfə artıb. Ötən il biz ümumi məbləği 1,5 mln manat təşkil edən 46 bank zəmanəti vermişik - onların arasında rubl və dollarda olan zəmanətlər də olub.
Kredit məhsulları və sənədli əməliyyatlar həm yerli, həm xarici valyutalarda təklif edilir. Bu istiqamətdə biz müştərilərimizə kompleks şəklində xidmət göstəririk: sözləşmə şərtlərinin hazırlanması, risklərin və xərclərin qiymətləndirilməsi və s. Bundan başqa, iş adamları hesablaşma-kassa xidməti, ticarət maliyyələşməsi, konversiya əməliyyatları kimi məhsullardan da yararlana bilər.
-Təklif etdiyiniz xidmətlər digər banklarla müqayisədə hansı üstünlüyünə malikdir?
-Bildiyiniz kimi, hazırda bir çox sahibkarlar öz bizneslərini ölkə xaricində də uğurla inkişaf etdirir və bu tendensiya artmaqda davam edir. Belə biznesin bir çox hallarda etibarlı tərəfdaş qismində çıxış edəcək bir banka ehtiyacı var. VTB (Azərbaycan) da beynəlxalq VTB qrupun bir hissəsidir. Bizim əsas üstünlüklərimizdən biri də məhz bundan ibarətdir: müştərilər bir bankın müxtəlif xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilər. Bu, onlara həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etməyə imkan verir.
- Korporativ müştərilərinizə göstərilən xidmətlərə görə hansı tarifləri təqdim edirsiniz?
Biz çevik tarif siyasətinə əsaslanır və müştərilərimizə fərdi yanaşırıq. VTB Qrupun bir hissəsi kimi biz iş adamlarına əlverişli əməkdaşıq şərtləri təklif edirik. Misal üçün, beynəlxalq hesablaşmalar üzrə VTB Qrup çərçivəsində güzəştli tariflər mövcuddur. Bu da müştərilərimizə sərfəli şərtlərlə hesablaşma əməliyyatlarını həyata keçirməyə imkan verir.
-Yaxın vaxtlarda korporativ müştərilərinizə yeni təklif və xidmətlər təqdim etməyi planlaşdırırsınızmı?
Biz daim bu istiqamətdə iş aparırıq. İki dövlətin subyektləri arasında hesablaşmanı asanlaşdıran və digər ölkələrin bazarlarına yerli məhsulun ixracını artıran məhsul və xidmətlərin tətbiqi bizim üçün prioritet məsələlərdən biridir.
Yaxın vaxtlarda kiçik və orta sahibkarlıq üçün kassa-hesablaşma xidməti paketi kimi yeni məhsulu təqdim etmək niyyətindəyik. Bu xidmət müştərilərə standart əməliyyatlar üzrə xərclərini optimalaşdırmağa imkan verəcək.
Biz rəqəmsallaşdırma dövründə yaşayırıq və bu sahədə aparıcı xidmətlərin təqdim edilməsi sahəsində rəqabət kifayət qədər yüksəkdir. Bu məsələdə banklar da istisna deyil.
Bu gün hər bir maliyyə təşkilatı müştərilərinə rəqəmsal xidmətlər, tətbiqlər təklif edir. Biz mobil və internet bank xidmətlərimizin funksionalını daim genişləndirir, maksimal dərəcədə rahat xidmət göstərməyə çalışırıq. Bu istiqamətdə müştəri bazamızı genişləndirmək üçün perspektivlər mövcuddur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
7 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 8 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















