Ötən il Azərbaycanda 1000-dən çox əmtəə nişanı qeydiyyata alınıb
"Ötən il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2 973 müraciət və ərizə daxil olub".
Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.
Onun sözlərinə görə, Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb: "Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye müəssisələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur".
Sədr qeyd edib ki, müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb: "Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb".
K.İmanov bildirib ki, patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















