Sahibkar hansı vergiləri verməlidir? - V hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - I hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - II hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - III hissə
Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - IV hissə
Mikro sahibkar kimlərə deyilir ?
İngilis dilindən tərcümədə microentrepreneur - özünün maliyyə vəziyyətinə əsaslanaraq ümumi maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Sahibkarlığın bu növü inkişaf etməkdə olan ölkələrdə ümumi məşğulluq forması hesab edilir. Avstriyalı professor Djozef Şumpeterin sözlərinə görə sahibkarın əsas məqsədi ideyanı və ixtiranı işlənmə mexanizmə çevirməkdir. Satistikaya görə inkişaf etməkdə olan ölkələrdə mikro sahibkarlıqla 90 faiz qadınlar məşğuldular. Onları dərin savadı olmur. Onların əksəriyyəti yarımçıq və kasıb ailələrdəndirlər.
Mikro sahibkar subyektin əhatə dairəsi geniş deyil. Əsasən şəxsin özünə və ailəsinə xidmət edən sahibkarlıq növüdür. Kənd mühütində həyətyanı sahəsində yetişdirdiyi məhsulu bazara çıxardıb satmaqla məşğul olan şəxslərdir. Şəhər mühütində isə küçələrdə xırda alverlər (əldə satılan mallar) məşğul olan, bazarlarda yük daşıyan şəxslərdir.
Azərbaycanda bu termin 2019-cu ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvədədir.
Mikro sahibkarın işçi sayı və gəliri nə qədər olmalıdır?
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli fərmanına əsasən işçi sayı 1-10 olan və gəliri 0-200 000 manat olan şəxslər mikro sahibkar subyekti sayılır. Bundan əlavə işçi sayı 0 olsa belə o yenə də, mikro sahibkarlıq subyekti sayılır.
İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Sahibkar işə başladıqda, mikro sahibkar kateqoriyası ilə qeydə alınır?
Sahibkar işə başladıqda il ərzində onun işçi sayı əsas götürülür. Yəni işçi sayı 1-10 aralığında olduqda mikro sahibkar kateqoriyasına aid olub, bu kateqoriya aid vergiləri verəcək və vergi güzəştdindən istifadə edəcək. Növbəti ildə isə gəlir və işçi sayının yüksək olması nəzərə alınacaq.
Mikro sahibkar subyekt vergi orqanında qeydə alındıqdan sonra, 1 il fəaliyyətindən sonra növbəti ildə işçi ayı 15 amma gəliri 100 000 manat olduqda o, kiçik yoxsa mikro sahibkar sayılacaq?
Növbəti ildə əsas yüksək göstərici nəzərə alınır. Bu baxımdan işçi sayı 15 nəfər olduğundan (11-20 kiçik sahibkarlıq) o artıq kiçik sahibkarlıq subyekti sayılacaq.
Mikro sahibkar subyekt vergi orqanında qeydə alındıqdan sonra, 1 il fəaliyyətindən sonra növbəti ildə işçi ayı 10 amma gəliri 300 000 manat olduqda o, kiçik yoxsa mikro sahibkar sayılacaq?
Növbəti ildə əsas yenə yüksək göstərici nəzərə alınır. Bu baxımdan işçi sayı 10 nəfər oldumağına baxmayaraq, gəlirinə görə (200 000 – 3 000 000 kiçik sahibkarlıq) o artıq kiçik sahibkarlıq subyekti sayılacaq.
Mikro sahibkarlıq subyekti əmlak vergisi ödəyirmi?
Vergi Məcəlləsinin 199.14 maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisi ödəməkdən azaddılar.
Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin neçə faizi vergidən azaddır?
Vergi Məcəlləsinin 102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azaddır.
Mikro sahibkarlıq subyekti olan və hüquqi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətdən neçə il müddətində vergidən azaddır?
Vergi Məcəlləsinin 106.1.23. maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti - 3 il müddətinə vergidən azaddır.
Startap nədir?
Vergi Məcəlləsinin 13.2.80 maddəsinə əsasən startap - innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti.
İngilis dilindən tərcümə də startup company, startup başlayan deməkdir. Qısa tarixli əməliyyat fəaliyyətli şirkətdir. 1973-cü ildə Forbes jurnalında termin kimi istifadə olunub.Geniş yayılması 1990-cı illərə təsadüf edir.Customer development metodikasının yaradıcısı amerikalı sahibkar Stiven Blank startapların sabit şirkətlərə keçidi üçün onları, 4 mərhələyə bölür:
1.İstehlakçıların tapılamsı
2. İstehlakçıların yoxlanılması
3.İstehlakçıların cəlb edilməsi
4. Şirkətin yaranması
Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarına neçə əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər?
Vergi Məcəlləsinin 114.3-1 maddəsinə əsasən Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Misal: 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2,0 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 2,0 əmsalı tətbiq edilməklə və amortizasiya norması 14 faizə (7% x 2 = 14%) bərabər götürülməklə hesablanmış 14.000 manat (100.000 x 14%) məbləğ gəlirdən çıxıla bilər.
Mikro sahibkar neçə faiz vergi ödəyir?
VÖEN-i olan yəni vergi uçotunda duran şəxs əldə etdiyi gəlirdən 2 faiz sadələşmiş vergi, və ya əldə olunan gəlirdən çəkdiyi xərclər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Misal: Gəlir: 2.000 manat; Xərc 1000 manat; Xərclər çıxıldıqdan sonra qalan gəlir = 1000 manat *75% (güzəşt) = 750,00.manat
1000 - 750 = 250*20% (gəlir vergisi) = 50 manat gəlir vergisi büdcə ödəniləcək.
Gəlir və ya mənfəət vergisi uçotunda durmaq istəməyəndə, neçə faiz vergi ödəməlidir?
2 faiz sadələşmiş vergi ödəyillər və 75 faiz güzəşdən istifadə edə bilmirlər.
Misal: 2000 manat gəlir əldə ediblər. 2000 *2% = 40 manat sadələşmiş vergi ödəyillər.
© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 32 d. əvvəl
-
58 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb

























