“Marcom” şirkəti bazarın rəqəmsal vəziyyətindən narahatdır
Azərbaycanda və Gürcüstanda marketinq və PR sahəsində fəaliyyət göstərən “Marcom” Marketinq və PR şirkəti yerli şirkətlərin rəqəmsal vəziyyətindən narahat olduğunu açıqlayıb.
Şirkətin rəqəmsal marketinq üzrə mütəxəssisi Tural Rüstəmlinin sözlərinə görə, hər ötən ay müxtəlif sektorlar üzrə fəaliyyət göstərən şirkətlərin rəqəmsal marketinq xidmətlərinə olan marağı artmaqda davam edir: “Bu, bir tərəfdən sevindirici hal olsa da, digər tərəfdən, iş prosesində ortaya çıxan xoşagəlməz faktlar səbəbi ilə bu sahəyə olan inamının azalmasına gətirib çıxarır”.
Tural Rüstəmli şirkətlərin bu sahədə maariflənməsi məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, “Marcom” şirkətinin əsas üstünlüyü məhz müştərilərin marketinqin bütün sahələri üzrə maarifləndirilməsindədir: “Biz müştərinin qarşılaşa biləcəyi bütün riskləri əvvəlcədən söyləyirik ki, onun real vəziyyətlə bağlı təsəvvürü yaransın. Müştərinin bu sahə üzrə kifayət qədər biliyinin olmaması, üstəlik, bizimlə əməkdaşlıqdan öncə digər qeyri-peşəkar şirkət və ya fərdlərin bu sahədə ona yaşatdığı problemlər bizim də işimizi çətinləşdirir.”
Şirkətlərin bu sahədə üzləşdiyi əsas problemlərə toxunan mütəxəssisin sözlərinə görə, rəqəmsal marketinq sahəsində şirkətlərin ən yaralı yeri veb-sayt üzrə özəl kontentin zəifliyi və veb-sayt işinin qeyri-peşəkarlar tərəfindən qurulmasıdır:
“Azərbaycanda fəaliyyət göstərən şirkətlərin çoxunun veb-saytı olsa da, həmin sayt google axtarış sisteminin standartlarına cavab vermir və google tərəfindən tam indekslənmir. Baxırsan ki, 10-15 ilin şirkətidir, ancaq sayt kontent baxımından zəifdir və ya proqramlaşdırılması zamanı ciddi boşluqlara yol verilib. Belə olan halda, hər hansı bir SEO optimallaşdırma və ya digər xidmətlərdən danışmaq, o cümlədən xidmətdən istifadə edərək sayta trafik gətirmək də çətin olur. Həmin qüsurların sonradan düzəldilməsi isə şirkətə əlavə vəsaitə başa gəldiyindən, şirkətlərin bir çoxu bu xərci çəkməyə həvəs göstərmir”.
Qeyd edək ki, “Marcom” Marketinq və PR şirkəti ( www.marcom.az ) google üzrə mövcud olan 20 sertifikatdan 14-nə malikdir. Şirkət öz əməkdaşlarının bu istiqamətdə daha da təkmilləşdirilməsi üzrə insan kapitalına yatırım etməkdə maraqlıdır.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
9 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
10 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq




















