Dövlətdən aldığı ASC-ni MMC etdi
"Muğansutikinti" ASC Təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
Bu barədə "Marja" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Ötən ilin aprel ayında fiziki şəxs Vaqif Qurbanov “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdi. Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikanın alınması, mövcud avadanlıq və texnikanın təmirinin həyata keçirilməsi nəzərdə tutulur.
Vaqif Qurbanov 1984-cü ilin fevral ayından hal hazıra kimi “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















