Azərbaycanda dolu daha çox bu rayonlara zərər vurur
Azərbaycanda dolu hadisəsinin kənd təsərrüfatına və yaşayış məntəqələrinə vurduğu zərərlərə görə rayonlaşdırılması aparılıb.
Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev bildirib ki, rayonlaşdırılma aparılarkən dolu hadisələrinin inzibati rayonların kənd təsərrüfatlarının ümumi məhsuldarlığına və yaşayış məntəqələrinə vurdğu ziyan əsas göstərici kimi götürülüb.
Onun sözlərinə görə, Azərbaycanda dolu hadisələrinin daha çox zərər vurduğu rayon Gədəbəy, Daşkəsən, Tovuz, Göygöl bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 178,1 min nəfər olan 278 yaşayış məntəqəsi və 54,6 min ha əkin sahəsi əsasən, may-iyul aylarında doluvurmaya məruz qalır. Tədqiqat nəticəsində doluvurmanın bu rayonun iqtisadiyyatına il əzində 6 milyon manatdan çox ziyan vurduğu müəyyən edilib.
N.Paşayev qeyd edib ki, dolu hadisələrinin çox zərər vurduğu rayon Ağstafa, Qazax, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Şəmkir bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 120 min nəfər olan 143 yaşayış məntəqəsi və 38,4 min ha əkin sahəsi yaz və yay aylarında doluvurmaya məruz qalır. Doluvurma hadisələri rayonun iqtisadiyyatına il əzində 2-6 milyon manat həcmində zərər vurur.
Dolu hadisələrinin orta dərəcədə zərər vurduğu rayona Mingəçevir, Gəncə və Şəki şəhərləri, Qax, Oğuz, Qəbələ, Naxçıvan MR (Kəngərli istisna olmaqla), Göyçay, Samux, Ağsu, Tərtər bölgələrinin dəniz səviyyəsindən 1000-1500 metr və daha yüksək sahələrində yerləşən, əhalisi 108 min nəfər olan 106 yaşayış məntəqəsinin ərazisi daxildir. Hər il doluvurma hadisələri rayonun iqtisadiyyatına 1-2 milyon manat həcmində zərər vurur.
Şöbə müdiri bildirib ki, dolu hadisələrinin az zərər vurduğu rayona Qobustan, Lənkəran, Xızı, Yardımlı, Lerik, Quba, Qusar, Kəngərli, Sədərək, Şabran bölgələrinin əraziləri daxildir. Doluvurma nəticəsində rayonun iqtisadiyyatına il əzində 0,5-1 milyon manat həcmində zərər dəyir.
Dolu hadisələrinin daha az zərər vurduğu rayona Aran (Mingəçevir, Göyçay istisna olmaqla) və Abşeron iqtisadi rayonları (Xızı bölgəsi istisna olmaqla), Astara, Xaçmaz, Siyəzən bölgələri daxildir. Hər il doluvurma nəticəsində rayonun iqtisadiyyatına 500 min manatdan az zərər dəyir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























