Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Hövsanda sosial evlərin tikintisinə torpaq sahəsi ayrıldı

AzVak-mobil_resmin_ustu_31
Hövsanda sosial evlərin tikintisinə torpaq sahəsi ayrıldı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ölkə başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 11 aprel 2016-ci il tarixli Fərmanının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi "MİDA" MMC-nin sərəncamına verilib.

 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabinetinin bu torpaq sahəsinin ayrılması barədə MİDA-nın təklifi əsasında verilmiş müvafiq sərəncamı 22 fevral 2017-ci il tarixində imzalanıb. Bu ərazi “MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir.

 

Ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin "Şəhərsalma əsaslandırılması"nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.

24.02.2017 08:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19