Azər Türk Bank 65 gün faizsiz kredit xətti kampaniyasını davam etdirir
(®) Azər Türk Bankın elan etdiyi 65 günədək faizsiz kredit xətti kampaniyasının müddəti bitsə də, Banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya 10 dekabr tarixindən etibarən yenidən qüvvədədir.
Kampaniya ərzində Bank özünün yeni məhsulunu – fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold və Visa Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.
Maksimal məbləği 5000 manat təşkil edən 65 günədək güzəşt müddəti olan kredit xətti rəsmi gəliri olan hər kəs üçün tək şəxsiyyət vəsiqəsi ilə açıla bilər.
Eləcə də, kart hesabınıza yüklənən şəxsi vəsaitinizin qalığına illik 3% gəlir hesablanacaq və hər ayın sonu balansınıza əlavə ediləcəkdir.
Kampaniya yalnız Bakı şəhərini əhatə etməklə dekabrın 28-dək davam edəcəkdir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
-
20 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 33 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
















.jpg)






