İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib
14 dekabr 2016-cı il tarixində Bakıda Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə biznes-forum, Caspian Energy Forum 2017-in Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası təşkil olunub.
Biznes-forum, Caspian Energy Forum 2017-nin xüsusi sessiyası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla açılıb.
Biznes-forumda çıxış edən Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il ərzindəki fəaliyyəti barədə məlumat verib. Görüş zamanı özəl sektorun dövlət tərəfindən həyata keçirilən İKT layihələrdə iştirak imkanları, həmçinin Caspian European Club (Caspian Business Club) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.
E.Vəlizadə genişzolaqlı internet, mobil və stasionar rabitə, rəqəmsal televiziya, sputnik xidməti sahələrinin, xarici banklar və beynəlxalq maliyyə institutları ilə birgə İKT layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığın inkişafına toxunub. O həmçinin ixracyönümlü məhsulların istehsalına istiqamətlənmiş layihələrin inkişaf perspektivlərindən söhbət açıb. E.Vəlizadə, o cümlədən innovasiya inkişafının əhəmiyyətini vurğulayıb. Bununla əlaqədar startapların inkişafı və yeni texnologiyanın tətbiqini xüsusilə qeyd edib.
Biznes-forumda Caspian European Club-un (Caspian Business Club) yarandığı gündən mövcud olan sahə klublarının, xüsusilə də Cabir Cümşüdovun rəhbərlik etdiyi Caspian European İT Club-un və Səbinə Məmmədlinin rəhbərlik etdiyi Caspian European Telecommunication Club-un fəal rolu vurğulanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə baş tutan konstruktiv dialoq zamanı şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin üzləşdikləri problemlər müzakirə olunub və onların həlli yolları nəzərdən keçirilib.
“Bu gün Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü baş tutmalı idi. Biz onun nazirliyə rəhbərlik etdiyi birinci ilin yekunlarına həsr olunacağına ümid edirdik. Bununla əlaqədar şirkətlər nazirə olduqca maraqlı suallar və təkliflər hazırlamışdılar ki, onların həlli Azərbaycanda İKT sektorunun inkişaf tempini daha da sürətləndirəcək. Biz cənab nazirin bugünkü biznes-forumda iştirak edə bilməməsini anlayışla qarşılayırıq”, - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev öz çıxışı zamanı qeyd edib.
Telman Əliyev həmçinin sahibkarların qarşılaşdıqları tendensiyalara da diqqət yetirib: “Son vaxtlar biz Azərbaycanın nazirləri, dövlət komitələrinin və agentliklərinin rəhbərləri tərəfindən sahibkarlarla görüşlərdən imtina edilməsini görürük. Bu qərar bir qayda olaraq gərgin qrafik və iş çoxluğu ilə izah olunur. Bu hal Azərbaycanda həyata keçirilən islahatlara mənfi təsir göstərir”.
“Sizə də məlum olduğu kimi, Azərbaycanda biznes-hökumət dialoqunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Sahibkarlarla 25 aprel 2002-ci ildə keçirilmiş tarixi görüş iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan verdi. Məhz buna görə Azərbaycan Prezidenti, Caspian European Club-un (Caspian Business Club) Sədri İlham Əliyev klub təsis etməklə qarşıya dövlətlə biznes arasında daimi dialoqun yaradılması, Caspian European Club-un (Caspian Business Club) keçirtdiyi görüşlər çərçivəsində problemlərin operativ həll edilməsi, həmçinin sahibkarların problem və təkliflərinin nazirlik və dövlət qurumları rəhbərləri tərəfindən öyrənilməsi məqsədini qoymuşdur. Caspian European Club-un (Caspian Business Club) mövcud olduğu 15 il ərzində tərəfimizdən Xəzər-Qara dəniz və Baltik regionunun 17 ölkəsinin dövlət və hökumət rəhbərləri, nazirləri ilə görüşlər təşkil edilmişdir”, - deyə Telman Əliyev qeyd edib.
Telman Əliyev həmçinin bildirib ki, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club), dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
O, Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group ilə sıx əməkdaşlığa və biznesmenlərə göstərilən dəstəyə görə Elmir Vəlizadəyə minnətdarlığını bildirib.
Telman Əliyev qeyd edib ki, 2017-ci il aprelin 12-də keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017” iqtisadiyyatın nəqliyyat, maliyyə, yanacaq-enerji kompleksi, İKT, aqrosənaye və başqa sahələrinə həsr olunmuş daha bir neçə sessiyadan ibarət olacaq. Xüsusi sessiyalar çərçivəsində Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin və ümumilikdə özəl sektorun problemləri dərindən öyrəniləcək, onlar maraqlandıqları suallara cavab almaq imkanı əldə edəcəklər.
Biznes-forumda Elmir Vəlizadəyə Caspian European Club-un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, Caspian European Club-un (Caspian Business Club) yeni şirkətlərinə də sertifikatlar verilib.
Biznes-forumda rəhbər və menecerlər, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 120-dən artıq biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçılarının və beynəlxalq təşkilatların 23 nümayəndəsi iştirak ediblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)





.jpg)







.jpg)





