Avtomobillərə tətbiq olunan aksiz dərəcələri artırıldı
Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, minik avtobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat, (hazırda 8 manat) mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Aksiz məbləği
Minik avtomobillərinin mühərrikinin həcmi: | Hazırda | 2019-dan |
2000 sm3-dək olduqda | hər 1 sm3 - 0,20 manat | hər 1 sm3 - 0,30 manat
|
3000 sm3-dək olduqda | 400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 3 manat | 600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 5 manat |
4000 sm3-dək olduqda | 3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 8 manat | 5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat |
5000 sm3-dək olduqda | 11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 20 manat | 18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 35 manat |
5000 sm3-dən çox olduqda | 31400 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 40 manat | 53600 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 70 manat |
Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:
Mühərrik həcmi | Hazırda (manatla) | 2019-dan (manatla) |
2.0 litr | 400 | 600 |
2.2 litr | 1000 | 1600 |
2.5 litr | 1900 | 3100 |
3.0 litr | 3400 | 5600 |
3.5 litr | 7400 | 12100 |
4.0 litr | 11400 | 18600 |
4.5 litr | 21400 | 36100 |
5.0 litr | 31400 | 53600 |
5.5 litr | 51400 | 88600 |
5.7 litr | 59400 | 102600 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 22 saat əvvəl
-
-
22 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)






