"72 saatda 8 milyon internet sifarişini paketləyəcəyik"
Bu gün başlayan alış-veriş çılğınlığında təkcə Avropada 3 gündə təqribən 40 milyard avroluq satış həyata keçiriləcəyi gözlənilir. Bunun da təxminən 10 milyard avroluq hissəsi e-ticarət qaydasında olacaq.
"Marja" xəbər verir ki, dünyanın ən məşhur brendlərinin qatılacağı alış-veriş çılğınlığında ən həlledici rolu isə bir Türk firması olan "Netlog" oynayacaq. Bu gün Avropanın ən böyük logistika şirkətlərindən biri "Bleckman"nın da sahibi olan "Netlog", internet üzərindən satın alınan məhsulları qablaşdırıb qapıya təsliminə qədər olan prosesi idarə edəcək.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Mövzu ilə bağlı açıqlama verən "Netlog"un sədr müavini Gökalp Çak, ötən il "Black Friday" günlərində, "Netlog"un ABŞ və Avropadakı müəssisələrində 3 gündə 3,5 milyon internet sifarişini qablaşdırdığını vurğulayaraq, "Bu il isə bu rəqəmi geridə qoyacağıq. Bu il, "Netlog"un xaricdə yerləşən 28 bazasında təxminən 72 saat ərzində 8 milyon internet sifarişini paketləyəcəyik" deyib.
"İŞÇİ SAYIMIZ 15 MİN NƏFƏRƏ ÇATIB"
Sözügedən paketləmə prosesinin çox ciddi bir insan əməyi tələb etdiyini də sözlərinə əlavə edən Gökalp Çak belə davam edib: "Bu çərçivədə bu il İngiltərə, Hollandiya və Belçikadakı anbarlarımızda 4 min nəfərlik əlavə məşğulluq yaratmışıq. Beləliklə, tarixində ilk dəfə "Netlog"un işçilərinin sayı 15 minə çatıb. Logistikada bir dünya markası olmaq məqsədilə çıxdığımız yolda; Bir Türk şirkəti olaraq Avropanın məşğulluğuna kömək etməkdən böyük qürur duyuruq".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























