Avstraliyada “AzerGold”la görüşə böyük maraq - 40-DAN ÇOX ŞİRKƏTLƏ MÜZAKİRƏLƏR APARILIB
29 oktyabr – 1 noyabr tarixlərində “AzerGold” QSC Avstraliyada təşkil olunan 5-ci Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference – IMARC) iştirak edib. Bu barədə "Marja"ya “AzerGold”dan bildirilib.
Melburn şəhərində təşkil olunan tədbirdə hər il dünya üzrə dağ-mədən sahəsinin aparıcı şirkətlərinin rəhbərləri, sərmayəçilər, maliyyə qurumları bir araya gəlir.
“AzerGold” QSC-nin nümayəndə heyətinin təşkilatçıların rəsmi dəvəti əsasında baş tutan səfəri çərçivəsində 40-dan çox şirkətlə, o cümlədən “Cargill International Pty Ltd”, “Scania Australia”, “TUMAD Mining”, “EMR Capital” kimi nüfuzlu və tanınmış şirkətlərlə təşkil olunan ikitərəfli görüşlərdə kəşfiyyat, metallurgiya, mədənçilik üzrə ən son texnoloji nailiyyətlər, istehsalatın optimallaşdırılması, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.
Xarici şirkətlər “AzerGold” QSC-nin qısa müddət ərzində hasilatda və ixracda əldə etdiyi göstəriciləri yüksək qiymətləndirib, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.
Qeyd edək ki, faydalı qazıntıların hasilatı sahəsində fəaliyyət göstərən şirkət, investor, mütəxəssislər və təşkilatları bir araya toplayan və dağ-mədən sahəsinin kəşfiyyatdan tutmuş investisiyaya qədər bütün aspektlərini əhatə edən Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında bu il 90-dan çox ölkəni təmsil edən 6 mindən artıq mədənçilik mütəxəssisi, 400-dən artıq investor, 250-dən artıq dağ-mədən şirkəti iştirak edib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
49 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
52 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü


























