AGBank 60-cı bankomatını istifadəyə verdi
AGBank daha 1 yeni bankomatını (ATM) istifadəyə verib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bankomat Bakı şəhəri, Fatmayi qəsəbəsi, Fatmayi-Görədil yolunda, Lukoil YDM yaxınlığında müştərilərin istifadəsinə təqdim edilib.
"Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında 60 ATM ilə ilk sıralarda qərarlaşıb. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir",- məlumatda deyilir.
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.
Xatırladaq ki, AGBank hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən və 7/24 rejimində çalışan 60 bankomatla əhalinin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir




















