Azərbaycanda maliyyə xidmətlərinin inkişafı üçün 5 əsas hədəf
Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
Trend-in məlumatına görə, sənəddə qeyd edilir ki, Azərbaycan maliyyə xidmətlərinin inkişafı üçün 5 strateji hədəf və 16 prioritet hazırlayıb.
Bu Strateji Yol Xəritəsi qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Strateji hədəf 1. Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması
2015-ci ildən etibarən xarici iqtisadi şoklar və milli valyutanın devalvasiyası şəraitində maliyyə sisteminin risk həssaslığı artmış və maliyyə göstəriciləri pisləşmişdir. Artan risklər fonunda bəzi maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə fokuslanmış biznes modeli və strategiyasının olmaması, habelə bəsit risk idarəetməsi maliyyə sisteminin yeni iqtisadi konyunktura və bazar şərtlərinə uyğunlaşmasını çətinləşdirmiş və maliyyə vasitəçiliyini məhdudlaşdırmışdır. Yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edilmişdir.
Strateji hədəf 2. Maliyyə bazarlarının inkişafı
Maliyyə bazarlarında investor və emitentlərin aktivliyi məhduddur. Potensial investorların və emitentlərin kapital bazarı və maliyyə alətləri haqqında məlumatlarının az olması, informasiya asimmetriyası və ənənəvi təksahiblik düşüncə tərzi kimi amillər qiymətli kağızlar bazarının inkişafını məhdudlaşdırır, iqtisadiyyatda maliyyə resurslarının qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur. Məhdudlaşdırıcı amillərin aradan qaldırılması məqsədilə kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması istiqamətində strateji hədəflər müəyyən edilib.
Strateji hədəf 3. İnfrastrukturun gücləndirilməsi
Kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə məhkəmə sistemi və icra mexanizmləri, habelə kredit məlumatlarının mübadiləsi infrastrukturu maliyyə sisteminin yeni çağırışlara effektiv uyğunlaşmasını dəstəkləmir. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib.
Strateji hədəf 4. Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi
Mövcud iqtisadi mühitdə maliyyə institutlarının risklərə həssaslığının artması və yeni risk zonalarının yaranması sektorda risklərin idarə edilməsi təcrübələrinin təkmilləşdirilməsini zəruri etmişdir. Maliyyə institutlarında sağlam risk idarəetməsi proseslərini və rəqəmsal transformasiyanı təşviq edən yeni tənzimləmə və nəzarət arxitekturasının formalaşdırılması üzrə strateji hədəflər müəyyən edilib.
Strateji hədəf 5. Maliyyə savadlılığının yüksəldilməsi
Maliyyə sistemində çalışanların bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qalxması, habelə maliyyə xidmətləri istehlakçılarının maliyyə savadlılığının artırılması sağlam, etibarlı, dayanıqlı və effektiv maliyyə sisteminin formalaşdırılmasını dəstəkləyə bilər. Buna nail olmaq məqsədilə maliyyə sistemi mütəxəssislərinin ixtisaslaşmasının dərinləşməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)

