“PAŞA Bank” qrupu yarım illik maliyyə göstəricilərini açıqladı
“PAŞA Bank” qrupu 2018-ci ilin birinci yarısını 35 milyon 394 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır.
“Marja”nın məlumatına görə, bu barədə PAŞA Bankın 30 iyun 2018-ci il tarixinə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
“PAŞA Bank” qrupu 2017-ci ilin birinci yarısını 54 milyon 429 min manat xalis mənfəət ilə bağlamışdı.
Cari ilin yanvar-iyun dövründə qrupun cəmi faiz gəlirləri 109 milyon 31 min manat, haqq və komissiya gəlirləri 7 milyon 390 min manat , valyuta əməliyyatları üzrə xalis gəlir isə 7 milyon 897 min manat təşkil edib. Ötən ilin birinci yarısı ilə müqayisədə Qrupun faiz gəlirləri 18%, valyuta əməliyyatları üzrə xalis gəliri 47% azalıb, haqq və komissiya gəlirləri isə 47% artıb.
Faiz gəlirlərinin azalması kredit təşkilatlarının ödəməli olduqları məbləğlər üzrə gəlirin 92% azalaraq 47 milyon 444 min manatdan 3 milyon 773 min manata düşməsidir. Qrupun müştərilərə verilən kreditlərdən faiz gəlirləri 6%, qiymətli kağızlara investisiyalardan gəliri isə 2,2 dəfə artıb.
Faiz gəlirlərinin 18%, qeyri-faiz gəlirlərinin isə 54% azalması xalis mənfəətin azalması ilə nəticələnib.
Diqqəti cəlb edən PAŞA Bankın faiz xərclərinin 54% azalması və nəticədə xalis faiz gəlirlərinin 11% artmasıdır.
30 İyun 2018-ci il tarixində Qrup 4 milyard 469 milyon 931 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Müştərilərə verilən kreditlər 11% arataraq 1 milyard 566 milyon 498 min manata, müştərilərin müddətli əmanətləri 13% artaraq 1 milyard 171 milyon 530 min manata, müştərilərin müddətsiz əmanətləri isə 16% artaraq 2 milyard 149 milyon manata çatıb. Cəmi kapital isə 9% artaraq 542 milyon 821 min manata yüksəlib.
Qeyd edək ki, Qrupu PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan bankları daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























