Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı
Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı
Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, qurumun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.
2018-ci il buraxılışlı, "WDD2130041A514487" şassi nömrəli, "MDS 5062" qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.
Araşdırma aparılarkən məlum olub ki, "Mercedes-Benz E 220" markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
2 d. əvvəl
DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
2 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"

















