"Rusiya və Çin dünya neft bazarından yox olacaq"
Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, "Bloomberg"ə verdiyi müsahibəsində, Rusiya və Çin də daxil olmaqla bir çox neft istehsalçısının gələcəkdə dünya neft bazarından "yox olacağını" iddia edib.
İqtisadiyyatı hələ də tamamilə neftə əsaslanan və gəlir mənbələrini diversifikasiya etməyə çalışan Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, "Bloomberg"ə verdiyi müsahibəsində "Neft tələbatı 2030-ci ilə qədər ildə 1%-dən 1.5%-ə qədər, hətta daha da çox arta bilər. Amma bəziləri neftə olan tələbatın 2030-dan sonra azalacağına inanır" açıqlamasını verib.
ÇİN 5 İLƏ, RUSİYA 20 İLƏ BAZARDAN ÇIXMAĞA BAŞLAYACAQ
"Bizim hesablamamıza görə, bir çox neft istehsalçısı bazardan çıxacaq" - deyə davam edən Salman, bu ölkələri belə sıralayıb:
"Biz, məsələn, Çinin neft istehsalçısı olaraq 5-ci ilə qədər tamamilə ortadan qalxmasa da, istehsalının böyük həcmdə azaldacağını hesab edirik. Eyni zamanda, daha bir çox neft istehsalçısı ölkə bir-bir bazardan çıxacaq. Rusiyadakı neft hasilatı 19 il sonra sürətlə azalacaqdır".
SƏUDİYYƏ ƏRƏBİSTANI DAHA DA ÇOX SATACAQ
Vəliəhd Şahzadə, Səudiyyə Ərəbistanının bu sahədə təhlükədə olmadığını və bu səbəbdən gələcəkdə indikindən də artıq neft satacağını bildirib.
NEFTİN QİYMƏTİ 100 DOLLARA DOĞRU
Dünya bazarlarında neft qiymətləri yüksəlməyə davam edir. Brent neftin barrel qiyməti 2014-cü ildən bu yana ilk dəfə 85 dolları aşıb. Ekspertlər neftin qiymətinin 100 dollara çatacağını gözləyirlər.
ABŞ-ın nüvə müqaviləsindən çıxıb İrana qarşı çox ağır sanksiyaları işə salmasından sonra OPEC neft hasilatını artırmamaq qərarı verib.
RUSİYANI 75 DOLLAR DA QANE EDİR
Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə Rusiya Enerji Həftəsində etdiyi çıxışında, 65-75 dollar barel qiymətinin Rusiyanı qane etdiyini bildirib. Rusiyada neft hasilatı sentyabr ayında 1.3 faiz artaraq aylıq 11.36 milyon barrelə çatıb. Energetika Naziri Aleksandr Novak, Rusiyada neft hasilatının hələ maksimum səviyyəyə çatmadığını deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 8 d. əvvəl
- 12 d. əvvəl
- 31 d. əvvəl
-
36 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)







.jpg)









