“Viza Kredit” zərər açıqladı
“Viza Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 640 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 26 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il “Viza Kredit”in gəlirləri 384 min manat, o cümlədən faiz gəlirləri 356 min manat, xərcləri 701 min manat, o cümlədən faiz xərcləri 217 min manat, xüsusi ehtiyatlara ayırmaları 319 min manat, mənfəət vergisi ödəmələri isə 3 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 2 milyon 86 min manat olub ki, bu da illik müqayisədə 39,9% azdır. Bunun 1 milyon 778 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 41% kiçilib.
Hesabat dövründə “Viza Kredit”in öhdəlikləri 23,1% azalaraq 2 miylon 379 mi manata düşüb. Son nəticədə BOKT-un balans kapitalında 293 min manatlıq çatışmazlıq yaranıb.
Bununla belə, hazırda “Viza Kredit”in kapitalla bağlı problemi yoxdur. Çünki, bir qədər əvvəl BOKT-un nizamnamə kapitalı 1 milyon 120 min manat və yaxud 4,2 dəfə artıraraq 350 min manatdan 1 milyon 470 manata çatdırılıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “Renkinq”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















