Bu il 16 sərgi və 1 konfrans keçirəcək
Hər il “Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü cari ilin aprel ayında start götürəcək. 2017-ci ildə “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu barədə “Marja”ya “Iteca Caspian” şirkətindən bildirilib.
“Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 2016-cı ildə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil etmişdilər.
Bu il də sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.
Hal-hazırda, 2017-ci il sərgilərinin potensial iştirakçıları ilə aktiv işlər aparılır. Sərgi mövsümü 6 aprel tarixində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” və 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgiləri ilə öz işinə başlayacaq. Yarandığı ilk gündən bəri “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəal dəstəklənir. Bu tədbir həmçinin daimi iştirakçı – BMT-nin Dünya Turizm Təşkilatı, Asiya-Sakit okean Turizm Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası kimi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
Builki sərgi çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, otel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və digər ölkələrdən şirkətlər var. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də təmsil edilir. Artıq Belarus, Bolqarıstan, Çex Respublikası, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand sərgidə öz milli stendləri ilə iştirak edəcəklərini təsdiqləyiblər. Sloveniya və Stavropol regionu isə sərgidə regional stendlərlə çıxış edəcəklər. Hər il sərgiyə yeni iştirakçılar qoşulur və bu il ilk dəfə olaraq Kolumbiya və Kuba sərgidə öz turizm imkanlarını təqdim edəcək. Azərbaycan və regionlarının yerli turizm imkanları da tədbirdə geniş şəkildə nümayiş etdiriləcək. Bu il “Horex Caucasus 2017” sərgisində tekstil məmulatları, uniformalar, və mükəmməl gigiyena məhsulları ilə yanaşı, mehmanxana və restoranlar üçün mətbəx ləvazimatları da nümayiş etdiriləcək.
Daha sonra estafet üç nəqliyyat sərgisinə ötürüləcək, belə ki, 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian/Translogistica”, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçiriləcək.
Mayın 17-dən 19-a kimi keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack CASPIAN” sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş etdiriləcək.
Ənənəvi olaraq, bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” (31 may - 3 iyun), “JW Marriott Absheron Baku” otelində keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Caspian Oil & Gas Conference” (1-2 iyun) və 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgiləri ilə yekunlaşacaq.
Qısa yay fasiləsindən sonra cari ilin sentyabr ayında payız mövsümü öz işinə başlayacaq və bura aşağıdakı sərgilər daxil olacaqdır: “BIHE”, “Stomatology Azerbaijan”, “Beauty Azerbaijan”, “WorldBuild Baku”, “Aquatherm Baku” “Securika Caspian”. Iki sərgi – Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” sərgiləri 2017-ci ildə öz 10 illiklərini qeyd edəcək.
Sərgilər müxtəlif bazar sektorlarını təmsil edən iştirakçıların nümayəndələri ilə canlı söhbət etmək, ən son təmayülləri müzakirə etmək və qabaqcıl sənaye ekspertlərindən məsləhətlər almaq üçün yenidən imkanlar təklif edəcək. Qonaqlar aktual innovasiyaların müzakirəsində və gələcək problemlərin və nailiyyətlərin qiymətləndirilməsində iştirak etməklə yanaşı, potensial alıcılar və tərəfdaşlarla biznes əlaqələri yaratmaq imkanı da qazanacaqlar.
Şirkətlərin marketinq planlarının formalaşmasında, sərgilərin mühüm rol və mövqe tutmasını bir faktla da təsdiqləmək olar ki, dünya iqtisadiyyatının silkələnməsinə baxmayaraq, bazarın əsas iştirakçıları hələ də sərgilərə sponsorluq edirlər. Bu il sərgilərə sponsorluq edən şirkətlərin arasında artıq bu müəssisələr var: Azeri M-I Drilling, AZFEN J.V., Baku Steel Company, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Denton, Ernst&Young, Fluor, Global Energy, HBC Group, NB Qrup ASC, Nobel Upstream, RusNeft, Socar Polymer, Statoil, Tekfen Construction, Total Absheron. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi tur operator “Premier Tour” şirkəti, “Qafqaz Point Otel” (rəsmi mehmanxana) və rəsmi stend montajçısı “AzExpoMontage” şirkəti yer alır.
“Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov deyir ki, “Sərgi sadəcə kommersiya fəaliyyəti deyil. İnsanlar şəxsən tanıdıqları insanlarla biznes əlaqəsi yaratmağa üstünlük verirlər. Qısa desək, sərgi yeni üfüqlər açmaq, partnyor tapmaq və yeni bazara daxil olmaq üçün imkan yaratmaqla, insanları bir-biri ilə əlaqələndirir. Bizim əsas işimiz sərgi çərçivəsində iştirakçılar üçün əlavə imkanlar, eləcə də ixtisaslaşdırılmış auditoriyaya daha dəqiq yanaşmanı təmin etməkdir.”
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
4 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
4 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
4 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
7 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
7 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!



















