Hər beş turistdən biri ərəb ölkələrindən gəlib - YENİ RƏQƏMLƏR
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
"Marja" xəbər verir ki, gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 9,4 faizi yanvar, 8,4 faizi fevral, 14,0 faizi mart, 11,0 faizi aprel, 10,5 faizi may, 13,6 faizi iyun, 16,7 faizi iyul, 16,4 faizi isə avqust ayında ölkəyə gəlmişdir.
Cari ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19,0 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artmışdır. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilmişdir. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 0,5 faiz artaraq 433,6 min nəfər təşkil etmiş və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olmuşdur.
2018-ci ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,0 faiz artaraq 77,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 734,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3089,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,9 faiz azalmışdır.
Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,1 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)



.jpg)





