Kredit götürən şəxslərin həyat sığortasının icbari olması müzakirə edilir
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin nəzdində mövcud olan komitələr məzuniyyətdən sonra yenidən fəaliyyətə başlayıb.
Ötən həftə ərzində Hüquq, Həyat və Qeyri-həyat komitələrinin görüşləri baş tutub. Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, Hüquq komitəsinin görüşündə ““Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 11 və 12-ci maddələrində nəzərdə tutulmuş xitam qaydaları dəqiqləşdirilməsi və sığorta marağı ilə bağlı qanunvericilikdə müəyyən olunmuş dairənin genişləndirilməsi” mövzuları müzakirə edilib. Görüşün yekununda xitam qaydaları ilə bağlı təkliflərin hazırlanması göndərilməsi qərara alınıb.
Həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirak etdiyi Həyat komitəsinin görüşündə “Kredit götürən şəxslərin həyat sığortasının icbari olması, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi, ipoteka kreditləri üzrə 11 aylıq sığorta haqqının 3 ayadək azaldılması, həyatın yaşam sığortası üzrə qanunvericilikdə olan dəyişiklik layihəsi” kimi mövzular barədə fikir mübadiləsi aparılıb. Nəticədə “Kredit götürən şəxslərin həyat sığortasının icbariliyi” ilə bağlı hazırlanmış əsaslandırma layihəsi hüquqi tənzimlənmə verilməsi məqsədilə Hüquq komitəsinə göndərilməsi, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi məqsədi ilə isə məsələnin sahə üzrə mütəxəssislərin iştirakı ilə daha geniş müzakirəsi qərarlaşdırılıb.
Qeyri-həyat komitəsində “Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü və könüllü sığorta növləri üzrə tariflərin hesablanmasında statistik məlumatların çatışmazlığı” dair mövzular müzakirə predmeti olub. Komitə üzvləri mövzularla bağlı öz mövqelərini ifadə edib və “Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü” məsələsi hüquqi rəy verilməsi məqsədilə Hüquq komitəsinə təqdim olunub.
Xatırladaq ki, ASA İB-nın nəzdində fəaliyyət göstərən Hüquq, Həyat və Qeyri-həyat komitələri sığorta bazarının problemlərinin müzakirə edilməsi və həllinə nail olunması yolunda mühüm platforma rolunu oynayır. İndiyədək çoxsaylı məsələlərlə bağlı komitə çərçivəsində hazırlanmış təkliflər müvafiq qurumlara göndərilərək həll edilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























