“Tarqovu”dakı küçə kafeləri ilə bağlı açıqlama
Məlum olduğu kimi, ölkəmizin və paytaxt Bakı şəhərinin tarixi abidələri, gəzməli yerləri, istirahət guşələri ilə tanış olmağa gələn turistlərin sayında çox böyük artımlar var.
Səbail rayon İH-dən “Marja”ya daxil olan xəbərdə bildirilir ki, Azərbaycandakı hazırkı durum turizmlə əlaqəli olan digər sahələrin də genişlənməsinə şərait yaradır. Belə ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının “Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyari xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır.
Açıqlamada qeyd olunur ki, paytaxtda aparılan işlər heç də dərhal öz həllini tapmır, yeni strukturun yaradılması, dəyişikliklərin baş verməsi bir sıra şəxsləri qıcıqlandırır, görülən işlərə kölgə salmağa cəhdlər edilir. Belə ki, bəzi elektron KİV-lərdə Nizami küçəsi ilə bağlı arabir məqsədli şəkildə mənfi fikir doğuran yazılar yerləşdirilir. Buna həm də bir-biri ilə rəqabət aparan obyektlərin sahibləri də təhrik edirlər.
Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir. Obyektlərə bu qurum tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır. “Burada qeyd olunmalıdır ki, Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır.
Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)






