"Zərərin məbləği 5 min manatı keçir, mübahisələr yaranır"
Son vaxtlar avtomobillərin və ehtiyat hissələrinin qiymətinin artması sığorta hadisələri zamanı avtomobillərə dəyən zərərin də yüksəlməsinə səbəb olub. Bu barədə sığorta bazarından bildirilib.
Məlumata görə bu artımlar nəticəsində qəza zamanı dəyən zərərin həcmi getdikcə daha çox hallarda icbari sığortanın zəmanət verdiyi həddi – 5 min manatı keçir.
Sığorta hadisələri üzrə mütəxəssis Tural Şükürov bildirib ki, hazırda avtomobil lərin icbari sığortası üzrə (avtomobil sahiblərinin 3-cü şəxs qarşısında mülki məsuliyyətinin sığortası – rəsmi adı belədir) hər 10 hadisədən 3-də dəyən zərərin məbləği 5 min manatı keçir.
“Sığorta hadisələrinin 30%-də dəyən zərərin məbləği bu sığorta üzrə müəyyən edilmiş həddi keçir və bununla bağlı çoxsaylı mübahisələr yaranır”-deyə ekspert bildirib.
Bunun əsas səbəbi həm şəhərdə çoxsaylı bahalı avtomobillərin sürülməsi, həm də bəzən qəzanın güclü olmasıdır: “Elə avtomobillər var ki, hətta kiçik detalının qiyməti də bir neçə min manatdır. Həmin detal zədələnən kimi, dəyən zəərin həcmi icbari sığortanın dəyərini üstələyir”. Həm bahalığına görə olur, həm də zərərin təsirinə görə. Məsələn qalenvagenə yüngül toxunma olsa, bamperi 2-3 min manatdır.
Ekspertin sözlərinə görə, əvvəllər icbari sığorta populyar olmayanda belə problemlər də yox idi və avtomobil sahibi qarşı tərəfə dəyən zərəri özü ödəyirdi. İcbari sığorta geniş yayıldıqdan sonra isə sürücülərdə elə təsəvür yaranıb ki, bütün zərəri sığorta şirəti ödəməlidir: “Ona görə də qəza törədən avtomobil sahibləri hətta bəzən 7-8 min manata çatan zərərin də sığorta şirkəti tərəfindən ödənilməsini tələb edilir, bu baş vermədikdə isə məhkəməyə üz tuturlar”. Nəticədə belə mübahisələrin 90%-i məhkəmələrə qədər uzanır.
Ekspertin sözlərinə görə, dəyən zərər 6 min manat ətrafında olanda sürücülər məhkəməyə müraciət etməyərək əlavə məbləği (məsələn, min manatı) özləri ödəyirlər.
T.Şükürov bildirib ki, belə vəziyyətdən ən yaxşı çıxış yolu mülki məsuliyyətin sığortalandığı məbləğin könüllü olaraq artırılmasıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)















.jpg)




