“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.17$-a kimi bahalaşdıqdan sonra yenidən 1.16$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən, qiymət keçən həftənin minimum səviyyəsinin altında qalarsa, 1.15$-a kimi də ucuzlaşa bilər.
Son günlər Amerikanın Kanada və Meksika ilə yeni ticarət sazişi uğrunda çalışması, dolların qiymətində də dalğalanmanın güclənməsinə səbəb olub. Meksika ilə ilkin razılaşma əldə olunsa da, Kanada ilə danışıqlar fonunda risklər mövcuddur. Donald Trampın Kanadaya qarşı səs tonunun sərtləşməsi isə ABŞ parlamentində tənqidlərə səbəb olub və beləliklə, ABŞ-ın hökümət daxilində də siyasi riskləri gücləndirib. Kanada ilə danışıqlar davam etdirilir və çərşənbə günü önəmli açıqlamaların ola biləcəyi ehtimal edilir.
Bununla yanaşı, cümə günü saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da məzənnəyə güclü təsiri baxımında diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsi isə 1.29$-a ticarət edilməkdədir. İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” fonunda danışıqların gərginləşməsi də məzənnəyə öz təsirini göstərməkdədir. İngiltərə hökümətinin AB ilə azad ticarət müqaviləsi təkidinin noyabr ayına kimi razılaşdırılmasına çalışılır. Beləliklə, burada da danışıqlar fonunda risklər və dolların qiymətində bahalaşma, GBP/USD məzənnəsinin 1.28$-a kimi də ucuzlaşmasına təsir edə bilər.
TRY
Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsinin son bir həftə ərzində 6.83TL-yə kimi bahalaşdıqdan sonra 6.39TL-yə kimi ucuzlaşmışdır. Yeni həftənin ilk ticarət sessiyasında isə 6.56TL ətrafında dalğalanan məzənnə 6.70TL-ni də yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, 6.92TL-yə kimi növbəti artım dalğasını bərpa edə bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 78$-a kimi dəyər qazandıqdan sonra 77$-a kimi ucuzlaşıb və cümə gününün minimum səviyyəsi altında qalarsa, 75$-a kimi də ucuzlaşa bilər.
Bu həftənin cümə axşamı saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında da qızıl qiyməti 1196$-a (38.5 $/qram) kimi ucuzlaşıb və 1207$-ın (38.8 $/qram) altında qaldıqca, 1181$-a (38.0 $/qram) kimi də ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb





















