Bank borcluların əmlaklarını müsadirə etməyə tələsmir - AÇIQLAMA
"Pakistan Milli Bankı"nın Bakı ofisi problemli kreditlərinin yüksək həddə çatmasının səbəblərini açıqlayıb.
Bankdan verilən məlumata görə, vaxtı keçmiş kreditlərin artmasının əsas səbəbi bankın 2013-cü ildən bəri kredit verməyi dayandırması olub.
Kredit portfelinin azalası nəticəsində burada problemli kreditlərin də payı yüksəlməyə başlayıb. Hazırda "Pakistan Milli Bankı"nın Bakı ofisinin kredit portfeli 1 mln 588 min manat olduğu halda, problemli kredit məbləği 1 mln 214 min manat və ya ümumi portfelin 76,4% qədər olub.
Bankın nümayəndəsi Sahib Quliyev bildirir ki, problemli kreditləri olan 32 müştərinin hamısı məhkəməyə verilib və bank bütün bu işlərdə qalib gəlib: "Müştəriərə verilən ən böyük kreditin məbləği 200 min manat idi». Başqa sözlə, bu müştərilərin qaytarmadığı kreditlərin onların girov əmlakına yönəldilməsi ilə bağlı hüquqi problem qalmayıb.
Bununla yanaşı, bank həmin əmlakları müsadirə etməyə tələsmir. Bankirin sözlərinə görə, əmlakın müsadirə edilməsi həmin müştərilərin vəziyyətini pisləşdirə bilər və bank bu məsələləri nəzərə alaraq girov əmlakları müştərilərdən almağa tələsmir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























