Azərbaycanda işdən çıxarılan şəxslərə sms bildiriş göndəriləcək
Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.
Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






