DSMF-nin gəlirləri 4,7% artıb
Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 85,53 milyon manat və ya 4,7 faiz artaraq 1 milyard 907,91 milyon manata çatıb.
Nazirlikdən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz və ya 88,18 milyon manat artaraq 1 mlrd. 93,74 milyon manat təşkil edib və bu sahədə yarımillik proqnoza 103,6 faiz əməl olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən büdcə təşkilatları üzrə daxilolmalar 7,9 faiz və ya 29,46 milyon manat çoxalaraq, 402,34 milyon manat olub və nəticədə bu bənd üzrə proqnoz 104,6 faiz icra edilib. Müqayisə dövründə qeyri-büdcə sektoru üzrə isə Fonda daxilolmalar 9,3 faiz və ya 58,72 milyon manat artaraq 691,4 milyon manat olub. Həmin sektordan daxilolmalar sosial sığorta haqları üzrə daxilolmaların 63,2 faizini təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
- 9 d. əvvəl
-
24 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
56 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
2 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
2 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“Yaban Group” Əhmədlidə restoran açıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub























