"Bank Standard"ı qiymətləndirmək dünya nəhənginə həvalə olundu
04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
Ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirilməsi KPMG-nin Azərbaycan nümayəndəliyinə həvalə olunmuşdur. QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilmişdir. Bu barədə "Marja"ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Məlumat üçün bildiririk ki, KPMG Azərbaycan KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən KPMG Europe LLP-nin (KPMG ELLP) tərkibinə daxildir.
KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 000-dən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























