Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Xalq Bankın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir"

AzVak-mobil_resmin_ustu_31
"Xalq Bankın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir"

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”-dən “Pozitiv”-ə yüksəldib.

 

Agentliyin təhlilçiləri Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini  (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq ediblər.

 

Moody’s ekspertləri reytinq üzrə proqnozun “Neqativ”-dən “Pozitiv“ səviyyəsinə yüksəlməsini Xalq Bankın aktivlərinin keyfiyyətinin yüksəlməsi, rentabelliliyinin artması, kapitalının dayanıqlılığı və sabit likvidlik kimi amillərlə əsaslandırırlar. 

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

Agentliyin gəldiyi qənaətə görə Xalq Bankın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir. Hesabatda Bankın kredit portfelində problemli kreditlərinin payının 12,7%-dək, kredit üzrə zərərlərin 1,9%-dək enməsi müsbət hal kimi dəyərləndirilir, nizamnamə və məcmu kapitallarının adekvatlılıq əmsalının yüksək olması xüsusilə vurğulanır.

 

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

09.07.2018 13:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19