“Nar” şəbəkəsi tam gücü ilə abunəçilərə xidmət göstərir
Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atıb.
Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində “Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edib.
Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, “Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilib, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilib. “Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
20 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
34 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq





















