Almaniya bankından yeni Dollar/TL proqnozu - 5 LİRƏYƏ QALXACAQ
Almaniya bank "Commerzbank" seçkilərdən sonra yaydığı ilk Dollar/TL proqnozlarında məzənnənin mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.
"Marja" xəbər verir ki, Bankın təxminlərə görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,60 səviyyəsində olacaq. İlin son rübündə isə məzənnə 4,70 səviyyəsinə qalxacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bank 2019-ci ildə də məzənnənin mərhələli yüksəlişinin davam etməsini təxmin edir. Növbəti ilin ilk rübünün sonunda məzənnə 4,75 səviyyəsinə qalxacaq, ikinci rübün sonunda isə məzənnə 4,85 səviyyəsində olacaq. Bank 2019-cu ilin sonunda isə dolların 5 lirəyə qalxacağını proqnozlaşdırır.
MORGAN STANLEY 5 SƏVİYYƏSİNİ BU İL NƏZƏRDƏ TUTUR
ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.
Seçkilərdən sonra ilk Dollar/TL proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.
Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.
İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR
Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.
Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən "Morgan Stanley", "İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq" deyib.
Türkiyə üçün 2018-ci il üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən "Morgan Stanley", bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























