Firma işçiləri "Bravo" marketin işçisini döyüb
Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.
Hadisə Bülbül prospektində baş verib.
Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb.
Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
İlkin araşdırmalar aparılır.
13:00 XXX
"SATICI DEYİL, MÜDİRƏM"
Pənah Ruşanovun yaxınlarının verdiyi məlumata görə, o, "Bravo"nun "Bülbül Ekspres" filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır:
"Dünən ora bir firmadan üzərində istehsal tarixi olmayan mal gətirilib. Pənah Ruşanov belə malı qəbul edə bilməyəcəklərini bildirib. Bir qədər söhbətdən sonra firmanın nümayəndəsi ondan məsələnin iş otağında müzakirə olunmasını xahiş edib. Pənah razılaşaraq onu iş otağına dəvət edib. Otağa girdikdən sonra isə firmanın nümayəndəsi gözlənilmədən Pənah Ruşanovun başına ağır zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Qarşı tərəf isə buna əhəmiyyət verməyərək qapını arxadan bağlayıb heç kəsin içəri daxil olmasına imkan vermədən ona zərbələr endirib. Nəticədə Pənah Ruşanov kəllə-beyin travması alıb, burnu üç yerdən sınıb. Marketin işçiləri zorla qapını açaraq onu huşsuz halda yerdən qaldırıb xəstəxanaya çatdırıblar".
Qohumlarının bildirdiyinə görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: "Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)






