Motivasiyanı necə təmin edə bilərik?
www.readit.az sizin üçün faydalı olan mövzularda məqalələr və kitablar təqdim etməyə davam edir. Bu dəfəki mövzumuz “Motivasiya” haqqındadır. Bu mövzuda ən yaxşı kitablardan biri Brayan Treysi tərəfindən yazılmışdır. Müəllifin kitabının qısa məzmununu saytımıza keçid edərək oxuya bilərsiniz.
Qısa məzmundan kiçik bir hissəni nəzərinizə çatdırırıq.
Dünyadakı ən qiymətli, lakin dəyəri ən az bilinən sərvət insandır. Müəllif kitabın ilk səhifələrindən insanın dəyərini göstərməyə başlayır. Treysi əslində, bizim insanları motivasiya edə bilməyəcəyimizə, sadəcə onların özlərini həvəsləndirməyə mane olan şeyləri aradan qaldıra biləcəyimizə inanır. Aparılan tədqiqatların nəticələrinə görə, hər kəs öz potensialının orta hesabla cəmi 50%-ni istifadə edir. Ancaq məqsəd bundan artığını istifadə etmək olmalıdır. Bunun üçün ən geniş yayılmış iki motivasiya destruktorunu aradan qaldırmalısınız: səhv etmək və rədd edilmək qorxusu.
Müəllif rəhbərlərə əməkdaşların mənlik şüuruna müsbət təsir göstərmək üçün yeddi motivasiya elementindən istifadə etmələrini təklif edir:
1. Çətinlik.
2. Azadlıq.
3. Nəzarət.
4. Hörmət.
5. Səmimiyyət.
6. Uğur təcrübəsi.
7. Müsbət gözləntilər.
Müəllif qeyd edir ki, hər bir korporasiyada və şirkətdə çalışanların motivasiyasına həm müsbət, həm də mənfi təsir etmək gücünə malik olan dörd əsas amil var. Bunlar Liderlik, Mükafat Sistemi, Korporativ Atmosfer və Biznesin Quruluşudur.
Liderlik əməkdaşların şirkət haqqında fikirlərini və motivasiya dərəcələrini müəyyən edir. Yəni sadəcə lideri dəyişdirmək belə əməkdaşların məhsuldarlıqlarını dəyişdirmək üçün kifayətdir.
Mükafat sistemi fərdlərə və şirkətlərə nəzərən dəyişən bir sistemdir. Əməkdaşlarınızın daha yaxşı işləməsini istəyirsinizsə, onlara mükafat verin. Bir çox şirkət yüksək satış göstəriciləri olan əməkdaşlar üçün yüksək pul mükafatı, aşağı göstəricilərə görə isə aşağı mükafat verir. İnsanlar mükafat və stimullara müsbət cavab verirlər.
Korporativ Atmosfer şirkət daxilində müxtəlif pillələrdə olan insanların bir-birinə münasibəti nəticəsində özünü göstərir. Şirkət daxilində bir-birinə hörmət Fərdi Hörmət Prinsipini yaradır və işçilərin fəaliyyətinə güclü təsir göstərir.
Biznesin Quruluşu. Bəzi bizneslər motivasiya və yaradıcılıq, həmçinin təxəyyül və yüksək enerji tələb edir. Bu cür bizneslərə ən başından yüksək motivasiyalı və yaradıcı insanları cəlb etmək lazımdır. Ancaq bəzi biznes sahələri isə təkrarlanan iş mühiti tələb edir. Müvəffəqiyyətli şirkətlər biznesin strukturunu işçilərin təbiətinə uyğun olaraq tərtib edir.
Qısa məzmunun ardını buradan oxuya bilərsiniz: Onlayn oxu
Unutmayın! “Heç kim tək başına uğur qazana bilməz. Hər kəsin müvəffəqiyyəti bu günə qədər qarşılaşdığı insanların düşüncələrinin, köməyinin və dəstəyinin nəticəsidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)





