Güclü külək və leysan ciddi fəsadlar törədib
İyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.
İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, güclü külək və yağış Çəmənli kənd sakini Eminov Natiq Şakir oğluna məxsus 60 kvadratmetrlik evin, Qalınçaq kənd sakini Əzizov Mövsüm İsmayıl oğluna məxsus mal tövləsinin dam örtüyünü dağıdıb. Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damı uçub.
Habelə rayonun Cülyan kənd sakini Feyzullayev Anar Ramiz oğluna məxsus avtomobilin üzərinə ağac aşıb.
Təbii fəlakət Qoydan kəndi ərazisindəki torpaq sürüşməsini aktivləşdirib. Tircan və Maçaxı kənd yolunu sel suları dağıdıb. 66 kəndlə elektrik verilişi kəsilib. Su xəttinə də ciddi ziyan dəyib, 20 kəndə su verilişi dayanıb.
Rayonun taxıl sahələrinə də ciddi ziyan dəyib.
Güclü külək və leysan yağışları Kürdəmir rayonunda da bir sıra ərazilərdə, o cümlədən Böyük Kəngərli, Qarasaqqal, Cəyli və Şabəyli kəndlərində ciddi fəsadlar törədib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ən çox zərər Böyük Kəngərli kəndinə dəyib. Belə ki, ilkin məlumata görə, 30-dan çox fərdi yaşayış evinin və digər tikililərin dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb, hasarlar uçub.
Əksər kəndlərdə elektrik enerjisinin verilişi kəsilib. Hazırda ayrı-ayrı yaşayış məntəqələri üzrə dəyən zərər dəqiqləşdirilir.
Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından isə bildiriblər ki, ən çox zərər Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə dəyib. İlkin məlumata görə, 70-dən çox evin dam örtüyü dağılıb. Güclü külək meyvə ağaclarına da zərər verib. Xeyli ağac kökündən qopub.
Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib.
İyunun 18-i səhər saatlarından hər üç rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)





