Nifrət edilən "Şeytanın şirkəti" Avropaya sızdı
Almaniyanın "Bayer" şirkəti ABŞ-lı rəqibi "Monsanto"nu 66 milyard dollara satın aldı və 117 illik "Monsanto" markası tarixdən silindi. Ancaq xərçəngə səbəb olduğu səbəbilə bir çox məhsulu məhkəməlik olan şirkətin "Bayer"in köməyiilə Avropaya sızması avropalıları narahat edir.
"Marja" xəbər verir ki, satınalmaya dair mübahisələr davam edir. "Bayer" tərəfində qələbə sədaları yüksələrkən, Avropa Birliyində (AB) istehlakçı hüquqlarını qoruyan bir çox təşkilat bu satınalmaya qarşı çıxır. Təşkilatlar satınalma nəticəsində "Monsanto"nun, Avropa Birliyi bazarına daxil etməyə çətinlik çəkdiyi bir çox məhsullarını artıq asanlıqla Avropa miqyasında sata biləcəyini qeyd edirlər.
Birləşmədən sonra yeni şirkət "Bayer" adı ilə yoluna davam edəcəkdir. Amma "Monsanto"nun istehsal etdiyi və bir çox ölkədə xərçəngə səbəb olduğu səbəbilə məhkəməlik olan "Roundup" və "Glifosat" kimi əkinçilik dərmanlarının eyni adla satışı davam edəcəkdir. Uzun müddət Avropa Birliyi (AB) Komissiyasında bu iki məhsulun AB daxilində satılıb satmayacağına dair qızğın müzakirələr aparılırdı. Komissiya 2017-ci ildə sağlamlığa təhlükə yaratmadığını qeyd edərək məhsulların 5 il müddətlə satışına icazə vermişdir. Qərara istehlakçı hüquqlarını qoruyan təşkilatlar etiraz etdilər. Ancaq qərarda hər hansı dəyişiklik olmadı.
Digər tərəfdən, ABŞ-da "Glifosat" və "Dicamba"nın xərçəngə səbəb olduğu səbəbilə çoxlu sayda mülki iddia qüvvədədir. Satınalma ilə bu məhkəmə işlərinə artıq "Bayer"in cavab verəcəyi şirkət investorlarını narahat edir. Digər bir ifadə ilə birləşmə ilə "Monsanto" adı tarixdən silinəcək, ancaq bu, şirkətə olan nifrətin də adla birlikdə tarixə qarışacağı anlamına gəlmir.
TARİXİ FƏLAKƏTLƏRLƏ DOLUDUR
"Monsanto" 1901-ci ildə kimyaçı John Francis Queeny tərəfindən ABŞ-ın Sankt- Luis şəhərində yaradılıb. Şirkətin "Monsanto" olan adı John Francis Queeny-in həyat yoldaşının adıdır. Bir sıra məhsul üzərində çalışan Queeny-in ilk böyük iqtisadi uğuru süni dad saxarindir. Şirkət 1940-cı illərdə kənd təsərrüfatı sahəsinə daxil olub və inkişaf etdirdiyi məhsullarla qlobal şöhrətini artırıb.
Şirkətin kəşf etdiyi aqrar dərmanların bir çoxunun xəstəlik yaratdığı mübahisələrə səbəb olub. Şirkətin "Agent Orange" adlı kənd təsərrüfatı dərmanı Vyetnam müharibəsində istifadə edilib və 400 min insanın ölümünə səbəb olub.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
ABŞ-ın ən nifrət edilən 20 şirkətindən biri kimi tanınan "Monsanto"nun Almaniyanın "Bayer" şirkəti tərəfindən satın alınması yüksək riskli bir həmlə olaraq da şərh olunur. ABŞ ictimaiyyətində xərçəng ilə əlaqələndirilən "Monsanto", "Şeytanın şirkəti" və ya "Mutanto" kimi adlandırılır. Bu şirkət indi "Bayer" adı ilə fəaliyyət göstərəcək. Bunun Almaniya şirkətinin imicinə mənfi təsit göstərəcəyi bildirilir. Şirkətin səhminin qiymətinə baxanda isə bu qorxunun qiymətdə çox əks olunmadığı görünür. Şirkətin səhmləri son üç ayda təxminən 14% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







