SOCAR-ın Albaniyada işi yubanır
SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır.
Bu barədə açıqlamasında “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov deyib.
O bildirib ki, bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı SOCAR ilə Albaniyanın “Albgaz” şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı sənəd imzalanıb. Sənədə əsasən, Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün bu ölkənin Fier və Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək.
“Albaniya tərəfi ölkənin qazlaşdırılması üzrə Əsas Planın işlənməsini, eləcə də 40 kilometr uzunluğu olacaq bu boru kəmərinin layihəsini hazırlamalıdır. Lakin bu proses Albaniyadakı həm bürokratik, həm də digər səbəblərlə əlaqədar olaraq yubanır. Onlar layihəni hazırlamalıdırlar, biz isə mühəndislik xidmətlərini icra etməliyik. Bu, SOCAR-ın Balkan ölkələrində mühəndislik xidmətləri göstərəcəyi ilk iş olacaq”, - deyə “SOCAR Balkan” şirkətinin icraçı direktoru əlavə edib.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanıb, Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilib. Həmin dövrdən indiyədək Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və “Enagas” şirkəti kimi digər maraqlı tərəflərlə yanaşı, SOCAR-ın yüzfaizli törəmə şirkəti olan “SOCAR Balkan” şirkəti Albaniyanın qazlaşdırılması planında əsasən məsləhətçi qismində iştirak edir, həmçinin Balkan ölkələrində Azərbaycanın qaz ixrac strategiyasının tətbiqi istiqamətində işlər aparır. 2017-ci ilin yanvar ayında Albaniyanın qazlaşdırılmasına dair aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticəsində Fier və Vlora şəhərləri arasında qaz boru kəmərinin inşa edilməsinin zərurət olduğu müəyyənləşdirilib. Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin illik ötürücü gücü ilkin olaraq 1 milyard kubmetr təşkil edəcək.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Cənub Qaz Dəhlizinə birləşəcək İonik-Adriatik Boru Kəməri (IAP) layihəsi TAP boru kəmərindən təbii qazın Balkan ölkələrinin ərazisi üzrə Avropanın müxtəlif ölkələrinə paylanması məqsədilə həyata keçirilir. Fier-Vlora boru kəməri isə Albaniyanın qazlaşdırılması çərçivəsində planlaşdırılır. Cənub Qaz Dəhlizi 3 min 500 kilometr uzunluğunda olan, iki qitə və 6 ölkə üzərindən təbii qazın Avropaya qədər nəqlinə imkan verən unikal meqalayihədir. Cənub Qaz Dəhlizi dörd əsas hissədən - “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşasından ibarətdir. SOCAR Cənub Qaz Dəhlizinin bütün həlqələrində Azərbaycan dövlətini təmsil edir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin açılışı olub, TANAP isə bu ayın 12-də istismara veriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
Ən çox oxunanlar
Azərbaycan BOKT-u rebrendinq edib
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
Aprelin 10-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb





















