ABŞ-ın xam neft hasilatı rekord səviyyəyə qalxdı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,6 milyon barrel (0,8 faiz) azalaraq 434,5 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, ehtiyatların 0,4 milyon barrel azalacağı gözlənirdi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,8 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 660,8 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 0,5 milyon barel (0,2 faiz) artımla 234,4 milyon barelə yüksəlib. Benzin ehtiyatları əvvəlki həftə də 1,9 milyon barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 528 min barrel azalma ilə 7,63 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 431 min barel artımla 2,18 milyon barelə yüksəlib.
XAM NEFT HASİLATI SON 20 HƏFTƏDƏ 19 DƏFƏ ARTIB
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 44 min barel artımla 10 milyon 769 min barrelə qalxıb. Bu nəticə ilə ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 20 həftədə 19 dəfə artım göstərmişdir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
EIA-nın hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.
ABŞ-da xam neft hasilatının rekord səviyyəyə qalxması, investorların diqqətlərinin Səudiyyə Ərəbistanı və Rusyanın hasilatı artırıb-artırmayacaqlarına yönəlməsilə neft qiymətləri geriləyib. Qərbi Texas nefti (WTI) 67.04 dollara, Brent nefti 77.55 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







