Azərbaycan və Çin şirkəti 140 milyon dollarlıq müqavilə üzrə işlərə başlayır
Çinin nəhəng dövlət korparasiyası “China CAMC Engineering Co., Ltd.”nin (CAMCE) rəhbərliyi “AS Aqro” şirkətinin Hövsanda yerləşən “Abşeron Aqro Park”ını ziyarət edib.
"AS Group Investment" şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, səfər zamanı CAMCE prezidenti xanım Luo Yanı şirkətin Şərqi Avropa və Orta Asiya Departamentinin rəhbəri, Rusiya, Belarus, Azərbaycan, Türkmənistan, Gürcüstan nümayəndəliyinin rəhbəri və digər rəhbər şəxslər müşaiyyət edib.
LAYİHƏYƏ 140 MİLYON DOLLAR CƏLB EDƏCƏK
Səfər 6 fevral 2018-ci il tarixində Çinin paytaxtı Pekin şəhərində “AS Aqro” şirkətinin aid olduğu “AS Qrup İnvestment” ilə CAMCE arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair imzalanmış əməkdaşlıq müqaviləsinin davamı olaraq gerçəkləşdirilib. Həmin müqaviləyə əsasən Çin şirkəti Hövsan qəsəbəsindəki aqro park layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.
“Abşeron Aqro Park” layihəsində görülmüş işlərlə tanış olan xanım Luo Yan “AS Qrup İnvestment”in təsisçisi Şahin Mövsümovla görüşərək aqro parkda həyata keçirilən layihələndirmə, texniki qiymətləndirmə işlərini müzakirə edib, azərbaycanlı və çinli mütəxəssislərin fəaliyyətini müsbət qiymətləndirib. Tərəflər müqavilə əsasında görüləcək işlərin birinci fazasına bu il başlanılması barədə razılığıa gəlib.
150 HEKAR SAHƏNİ ƏHATƏ EDƏCƏK
"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. Layihə ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib və burada pomidor və çiyələk istehsalına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək. Hövsan qəsəbəsində yetişdirilən meyvə və tərəvəz yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub.
CAMCE 2017-ci ildə 1 milyard 750 milyon ABŞ dolları məbləğində dövriyyə həyata keçirib. Şirkətin prezidenti Luo Yan “Forbes” nəşrinə görə 2017-ci ildə ən uğurlu 100 çinli biznes xanım siyahısında 40-cı olaraq qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)







.jpg)







