Klinika yeni adı ilə "Türkiyə keyfiyyəti" vəd edir
Dünən xəbər verdiyimiz kimi, xəstələrin ölməsilə mətbuatda tez-tez adı çəkilən "Grand Hospital"ın adı "Ege Hospital"a dəyişdirilib.
"Marja" xəbər verir ki, bu gün klinika məlumat yayaraq bunu təsdiqləyib.
"Türkiyədə peşəkarlığı ilə seçilən və dünya standartlarına cavab verən "Ege Hospital" artıq Azərbaycanda, paytaxt Bakıda fəaliyyətə başlayıb. Həsən Əliyev, 38 ünvanında yerləşən və 12 mərtəbəli korpusdan ibarət "Ege Hospital" vətəndaşlarımıza yüksək keyfiyyət, davamlılıq və güvən anlayışının bir mərkəzdə cəmləşdiyi mühitlə təmin etmək məqsədilə xidmətinizdədir. İndiyədək ölkəmizdə həyata keçirilməmiş əməliyyatlar da daxil olmaqla, təqdim edilən xidmətlər, demək olar ki, tibbin bütün sahələrini əhatə edir. Artıq keyfiyyətli və etibarlı tibbi xidmət almaq üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. "Ege Hospital" Bakıda sizi Türkiyədəki keyfiyyətin eynisi ilə təmin edəcək",- klinikanın məlumatında deyilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda “Grand Hospital”a ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdı. Bu klinikada onlarla xəstənin həkim səhvinə görə dünyasının dəyişdiyi bildirilir. Adın dəyişdirilməsi "Grand Hospital" adına inamın azalması ilə bağlı ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)






