Çin və ABŞ gömrük vergisi məsələsində razılaşdı!
ABŞ: Çin ilə ticarət müharibəsini təxirə salırıq
ABŞ-ın xəzinə naziri Steven Mnuchin, ABŞ və Çin arasında gömrük vergisi ilə əlaqədar olaraq yaşanan gərginliyi "bir müqavilə ilə tənzimləmək üçün təxirə saldıqlarını" açıqlayıb.
"Marja" xəbər verir ki, Fox televiziyasına danışan xəzinə naziri Mnuchin, "Ticarət müharibəsini təxirə salırıq. Müqavilə bağlayana qədər gömrük vergisini təxirə salmaq mövzusunda razılaşdıq",- deyib.
ÇİN ABŞ-DAN NEFT VƏ QAZ ALACAQ
ABŞ və Çin arasındakı ticarət həcminin artacağını qeyd edən Mnuchin, "Növbəti 3 - 5 il ərzində Çinin ABŞ-dan enerji alışının 50 milyard dollar ilə 60 milyard dollar arasında bir səviyyəyə çıxacağına görə.... Və strateji olaraq bu vəziyyət həm bizim üçün, həm də onlar üçün əhəmiyyətli olacaq",- deyib.
Stiven Mnuchin, Çin ilə müzakirələri davam edən müqaviləyə dair əlavə məlumat verməyib.
ABŞ-ın xəzinə naziri Stiven Mnuchin bu gün verdiyi başqa bir açıqlamada da, dünyanın ən böyük iki iqtisadiyyatının gömrük rüsumları məsələsində razılaşdığını və daha geniş miqyaslı bir müqaviləs üzərində işə başladıqlarını bildirib.
Reuters-də yer alan xəbərə görə də, Mnuchin və ABŞ Prezidenti Donald Trumpın İqtisadiy müşaviri Larry Kudlow tərəfindən verilən açıqlamada, Çin və ABŞ nümayəndə heyətləri iki ölkə arasında ticari ziddiyətləri ortadan qaldıracaq ümumi bir çərçivə üzərində razılığa gəldikləri qeyd olunub.
Çinin ticarət kəsirini azaltmaq üçün ABŞ-dan daha çox mallar almaq sözü verdiyi bildirilib.
335 MİLYARD TİCARƏT KƏSİRİ MƏRHƏLƏLİ OLARAQ DÜŞƏCƏK
Birgə açıqlamada "Tərəflər Çinin ABŞ-dan kənd təsərrüfatı və enerji məhsulları idxalını artıracağı razılaşdırılıb. Bu ABŞ-ın iqtisadi artımına və məşğulluğuna müsbət töhfə verəcək" deyilir. ABŞ, bu addımın Çin ilə arasındakı illik 335 milyard dollarlıq ticarət kəsirini mərhələli olaraq salacağını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp, aprel ayı sonunda verdiyi açıqlamada, Xəzinə Naziri Mnuchinin ticarət münaqişələrini müzakirə etmək üçün Çinə gedəcəyini bildirmişdi.
Mnuchin, ayın əvvəlində Çinə etdiyi səfər zamanı, Çinin Baş nazirinin köməkçisi Liu Hı ilə ikitərəfli iqtisadi və ticari məsələləri həll etmək üçün danışıqlar aparmışdı. İclaslarda fikir mübadiləsi aparılmış və qismən razılıq əldə olunmuşdu.
Stiven Mnuchinin Çinə etdiyi səfərin ardından isə Çin Baş nazirinin köməkçisi Liu Hı, ticarət və iqtisadi danışıqlar aparmaq üçün ABŞ-a səfər etmişdi.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.Çin buna cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dolları olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 335 milyard dollar olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
2 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
PULLU Adam olmaq üçün ilk addımını at ®
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR





.jpg)




.jpg)






