Niyə onlayn bankçılıq biznesiniz üçün bu qədər zəruridir?
Siz öz işinizi qurmaq qərarına gəldiniz və ya sizin biznesiniz artıq bir neçə ildir inkişaf edir? Yaxud siz işlədiyiniz şirkətin fəaliyyətini optimallaşdırmaq istəyirsiniz? Bir qayda olaraq, pullarla aparılan əməliyyatlar çox zaman müəyyən qədər vaxt aparır. Şərait və insan amili az rol oynamır (növbədə vaxt itkisi, sənədlərin və valyutanın işlənməsi və verilməsi və s.). Hər kəs bu uzun prosedurlardan uzaq durmaq istəyir, xüsusilə də əgər söhbət tək hesabdan deyil, idarə olunması və çoxsaylı əməliyyatların aparılması tələb olunan şirkət hesablarından gedirsə.
Bir şirkət olaraq hər ay siz yerinə yetirilməsi bir neçə saat, bəlkə də həftənin günü və günün saatından asılı olaraq bir neçə gün tələb edən zəruri məsələlərlə qarşılaşırsınız.
Bütün maliyyə məsələlərini bir yerdə, bir gündə, hətta bir saat içərisində həll etmək mümkün olsaydı, necə də rahat olardı, elə deyilmi? Belə bir yer mövcuddur! Söhbət “AccessBank”ın onlayn bankçılıq xidməti olan “myAccess”dən gedir. Sadə dillə desək, bankın bütün xidmətləri tək sistemdə cəmləşib.
Lakin bütün bunlar əsassız səslənməsin deyə, gəlin onlayn bankçılığın şirkətinizin maliyyə əməliyyatlarında sizə necə kömək edə biləcəyinə daha ətraflı nəzər salaq.
Beləliklə, “myAccess” onlayn bankçılıq xidməti böyük vaxt itkisi olmadan və ən əsası, evdən və ya ofisdən çıxmadan sizə aşağıdakı vəzifələri həll etməyə imkan verir:
1.Əməkdaşlara əməkhaqqı köçürmək: Artıq əmək haqqını hər bir işçiyə ayrı-ayrılıqda köçürmək lazım deyil, siz bunun üçün sadəcə işçilərin aldıqları məbləğ siyahısını yaradırsınız. Bu rahat funksiya bir neçə saniyəyə sizə bütün əməkdaşlara aylıq əmək haqqını köçürməyə imkan verəcək. Bununla yanaşı, ödəniş mütəmadi olaraq həyata keçirilirsə, müntəzəm ödəniş tapşırığından da faydalanmaq olar. Bu halda, siz əməliyyatı ləğv etməyincə və ya onun icrası ilə bağlı konkret müddət təyin etməyincə “myAccess” seçilmiş şəxslərə lazımi məbləği avtomatik olaraq köçürəcək.
2.Bütün tranzaksiyaların siyahısına nəzarət etmək. Bu funksiyanın mühüm üstünlüyü ondan ibarətdir ki, sizə hesabdan (və ya hesablardan) çıxarış almaq üçün hər dəfə banka müraciət etmək lazım olmayacaq, onun yerinə siz tək səhifədə etdiyiniz bütün əməliyyatların tarixçəsini görəcəksiniz. Həmçinin hər bir tranzaksiyanın detallarını (vaxt, alan tərəf) görmək imkanınız olacaq. Daha bir funksiya - məbləğə, alan tərəfə və zaman kəsiyinə görə tranzaksiya axtarışı. Onun köməyi ilə siz lazımi əməliyyatları asanlıqla tapacaqsınız. Bu, balansdakı vəsaitlərə, ödəniş müddətinə diqqətlə nəzarət etməyə kömək edəcək.
3.Pulları köçürmək və mübadilə etmək. “myAccess”in köməyi ilə siz layihəyə görə ödənişi, əmək haqqını minimal komissiya ilə (eləcə də “AccessBank” daxilində cari hesablar arasında komissiyasız) köçürə bilərsiniz. Bununla yanaşı, əgər sizə xarici valyutada pul köçürmək lazımdırsa, siz bu əməliyyatı köçürmədən öncə və ya xarici valyuta ilə olan karta köçürmə zamanı birbaşa olaraq “AccessBank”da asanlıqla həyata keçirə bilərsiniz.
4.Kredit ödəmək. Kreditin ödənilməsi (həm də avtomatik) sizin üçün bir neçə saniyəlik məsələ olacaq.
Beləliklə, “myAccess” onlayn bankçılıq xidmətinə qoşulmaqla, Sizin həm daha vacib işlərinizə vaxtınız qalacaq, həm də müntəzəm olaraq həyata keçirməli olduğunuz bəzi maliyyə əməliyyatlarına artıq ehtiyac qalmayacaq. Çünki “myAccess” hər şeyi sizin yerinizə yerinə yetirəcək.
myAccess mobil versiyanı aşağıdakı linklər vasitəsilə yükləmək olar:
Google Play - https://play.google.com/store/apps/details?id=az.myaccess
iTunes https://itunes.apple.com/az/app/myaccess-mobile/id1163184799?mt=8
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
4 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
6 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
7 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
8 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
8 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir






















