Hacıqabulda ildə 1000 QAZ yığılacaq
2019-cu ilin sonunadək Hacıqabulda QAZ markalı avtomobilin yığılması təmin olunacaq.
Xəbər verildiyi kimi, “Azərmaş” ASC və Qorki avtomobil zavodu arasında “QAZ” kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
“kommersant.ru” xəbər verir ki, zavodun gücü ildə 1000-dək avtomobilə çatacaq. İstehsalın yaradılmasının maliyyə xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək. Rusiya müəssisəsi avtomobil dəstlərinin göndərilməsini, zəruri sənədləşdirmə və lisenziyanı təşkil edəcək, texnoloji proseslərin nizamlanmasını həyata keçirəcək. Qorki avtomobil zavodu, həmçinin markanın təşviqi xərclərinin bir hissəsini öz üzərinə götürəcək, “Azərmaş”ın əməkdaşlarının təlimini və sertifikatlaşdırılmasını həyata keçirəcək. Layihə çərçivəsində “QAZel Next” və “QAZel Biznes” kiçiktonnajlı kommersiya avtomobillərinin, habelə “QAZon Next” ortatonnajlı yük avtomobillərinin yığılmasını təşkil etmək planlaşdırılır. Baza modelləri əsasında xüsusi texnikanın müxtəlif variantlarının, o cümlədən bələdiyyə xidmətləri üçün avtomobillər, təcili tibbi yardım avtomobilləri, məktəb üçün mikroavtobusların istehsalını təşkil etmək planlaşdırılır. Avtomobillərin istehsalında Azərbaycanda istehsal edilmiş komponentlərdən istifadə olunması planlaşdırılır. Avtomobillərə distribüterlik və servis xidməti ilə “Azevrokar” (“Azərmaş”ın törəmə şirkəti) məşğul olacaq. Bakıda QAZ diler firma mərkəzinin açılışı 2018-ci ilin mayına nəzərdə tutulur.
Qorki avtomobil zavodunda qeyd edilir ki, Azərbaycan Rusiya avtomobillərinin ənənəvi satış ənənəvi bazarlarındandır. QAZ markası burada yaxşı tanınır və şirkət nisbətən kiçik investisiya müqabilində bazarın nəzərəçarpan payına sahib ola bilər. “Azərbaycan Qorki avtomobil zavodu üçün perspektivli bazardır. Respublikanın infrastrukturu dinamik inkişaf edir və biz “QAZ” markasının ənənəvi seqmentlərində - yük və sərnişin daşımalarda, kommunal təsərrüfatda, sənayenin müxtəlif sahələrində, tibb müəssisələri və məktəblərdə NEXT avtomobilləri üçün böyük potensial görürük”, - deyə Qorki avtomobil zavodunun marketinq və satış departamentinin direktoru Mixail Baxtarin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
21 d. əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
48 d. əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Ən çox oxunanlar
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib





















