Sığorta üçün geniş müzakirə təşkil edilib
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Ümumi Yığıncağının görüşü keçirilib. Görüşdə ASA-nın sədri və 20 sığorta şirkəti və 1 təkrarsığorta şirkətinin rəhbər şəxsləri, ilk dəfə olaraq sığorta bazarının əlaqəli qurumları – İcbari Sığorta Bürosu, İcbari Tibbi Sığorta Agentliyi, Audatex Azərbaycan şirkətinin nümayəndələri və yeni üzlüyə qəbul olunan vasitəçi şirkətlərin nümayəndələri iştirak edib.
Görüş zamanı Mustafa Abbasbəyli ASA-nın 2018-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə ətraflı təqdimatla çıxış edib və 2-ci rüb üzrə görüləcək işlər barədə danışıb. Görüşdə ASA-nın əlaqəli qurumlarla əməkdaşlığı və bazarın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Mustafa Abbasbəyli ASA-nın əməkdaşlıq çərçivəsində müəyyən məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası, Vəkillər Kollegiyası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Görüş zamanı sığortaçılar tərəfindən sığorta sektoru ilə əlaqədar problemlər səsləndirilib və bunların ASA daxilində fəaliyyət göstərən komitələr və İşçi qrupları səviyyəsində müzakirə olunaraq həlli istiqamətində müəyyən işlərin görülməsinin zəruriliyini qeyd olunub. Mustafa Abbasbəyli ASA-nın daxilindəki komitələrinə diqqət yönəldib və onların fəaliyyətinin məhsuldarlığından bəhs edərək burada qeyd olunan problemlərin komitələr səviyyəsində müzakirəsinin təşkil edilməsi və digər zəruri addımların atılacağını bildirib.
Ümumi Yığıncaqda sığorta bazarının inkişaf perspektivləri geniş müzakirə edilib və sığorta şirkətlərinin xidmətlərinin artırılması və sığorta vasitəçilərinin təhsilinə önəm verilməsi istiqamətində çağırışlar edib.
Qeyd edək ki, Ümumi Yığıncaq ASA-nın təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və Nizamnaməyə müvafiq olaraq ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
18 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu
-
- 34 d. əvvəl
-
45 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
46 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
3 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Ən çox oxunanlar
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)
.jpg)














